AzərbaycanRespublikası
Mərkəzi Seçki Komissiyasının
12 avqust 2003-cü il tarixli
22/148 saylı qərarı ilə təsdiq
edilmişdir.
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTLIYINƏ NAMIZƏDIN,
SIYASI PARTIYALARM VƏ SIYASI PARTIYALAR BLOKUNUN
SƏLAHIYYƏTLI NÜMAYƏNDƏFƏRININ STATUSU HAQQINDA
TƏLİM AT
1. Azərbaycan Respublikası prezidentliyinə namizədin,
siyasi partiyaların və siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndələrinin statusu Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə əsasən müəyyənləşdirilir.
1.1. Azərbaycan Respublikası prezidentliyinə
namizədlər, namizəd irəli sürmüş siyasi partiyalar
və siyasi partiyalarm bloku səlahiyyətli nümayəndələrini
müəyyənləşdirməlidirlər. Səlahiyyətli nümayəndələr
namizəd tərəfindən, siyasi partiyaların və ya
bloka daxil olan siyasi partiyaların birgə iclasının
qərarı, yaxud onların qurultayı, konfransı,
yaxud digər rəhbər orqanı iclasının qərarı ilə
təyin edilirlər. Həmin nümayəndələrdən biri
maliyyə məsələləri üzrə səlahiyyətlidir.
1.2. Namizədin, siyasi partiyaların və siyasi
partiyalar blokunun səlahiyyətli nümayəndələri
notarial qaydada rəsmiləşdirilən vəkalətnamə
əsasında fəaliyyət göstərirlər.
1.3. Səlahiyyətli nümayəndələrin siyahısı Mərkəzi
Seçki Komissiyasına, maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndə istisna olmaqla, həmçinin
dairə seçki komissiyasına təqdim olunur.
1.4. Səlahiyyətli nümayəndələr Mərkəzi Seçki
Komissiyasından vəsiqə alırlar.
1.5. Hər bir səlahiyyətli nümayəndə öz funksiyalarını
onun səlahiyyətini, soyadını, adını, atasının
adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriya və nömrəsini,
yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini
və ya xidməti vəzifəsini (bunlar olmadıqda -
fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə isə maliyyə sənədlərinin
və həmin sənədlər üçün möhürlərin nümunələrini
əks etdirən siyasi partiyaınn, bloka daxil olan
siyasi partiyaların və ya siyasi partiyaların
nümayəndələrinin birgə iclasının qərarı əsasında
həyata keçirir. Bundan əlavə, Mərkəzi Seçki
Komissiyasma təqdim edilmiş müvafiq siyahıya
hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa
razılıq məktubu əlavə olunmalıdır. Bu forma
Mərkəzi Seçki Komissiyasının iclasında təsdiq
edilir.
1.6. Səlahiyyətli nümayəndə qeydə alınmış namizədin
seçilməsi ilə bağlı təşviqat apara bilər. Səlahiyyətli
nümayəndələr seçicilərlə görüşlərin keçirilməsi
üçün yer ayrılması barədə ərizə ilə müvafiq
icra hakimiyyəti orqanına müraciət edə bilərlər.
Seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı
yer (bina, otaq) müvafiq seçki komissiyası ilə
razılaşdırılan vaxtda seçicilərlə görüşlər üçün
istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz
verilir. Səlahiyyətli nümayəndələr ödənişli
əsaslarla seçkiqabağı təşviqat materiallarının
dərc edilməsi tarixini yazılı ərizələr əsasında,
maraqlı şəxslərin iştirakı ilə dövri nəşrlərin
redaksiyalarının keçirdikləri püşkatma yolu
ilə müəyyənləşdirirlər. Səlahiyyətli nümayəndələr
seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi
üçün ayrılrnış yerlərin siyahısını müvafiq dairə
seçki komissiyasından ala bilərlər;
1.7. Səlahiyyətli nümayəndələr hərbi hissələrin
yerləşdiyi ərazilərin hüdudlarında hərbi qulluqda
olan seçicilərlə görüşləri hərbi hissə komandirinin
dairə seçki komissiyası ilə birlikdə belə görüşün
keçirilməsini təyin etdikləri günə azı 3 gün
qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış
bütün namizədlərin, namizədləri qeydə alınmış
bütün siyasi partiyaların, siyasi partiya bloklarının
mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi
şərtilə təşkil edə bilərlər;
1.8. Səlahiyyətli nümayəndələr müşahidəçi hüququna
və Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə
müşahidəçilərə verilən hüquq və vəzifələrə malikdirlər.
Həmin şəxslər seçki komissiyasının iclaslarında,
habelə səslərin hesablanmasında, məntəqə seçki
komissiyalarında seçki bülletenləri, seçici
siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma
vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları
haqqında protokollarla müvafiq işin aparılmasını
müşahidə etmək və onlarla tanış olmaq, seçki
komissiyalarının qərarlarının və digər seçki
sənədlərinin (seçici siyahıları, səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri
və imza vərəqələri istisna olmaqla) surətlərini
almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin
həyata keçirilməsini müşahidə etmək hüququna
malikdirlər;
1.9. Nəzərə almaq lazımdır ki, dövlət və bələdiyyə
orqanlarında
müəyyən vəzifə tutan səlahiyyətli nümayəndələr
seçkilərin gedişi
zamanı öz vəzifə və xidməti mövqelərindən istifadə
hallarına yol verə
bilməzlər;
1.10. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə
fəaliyyəti
dövründə üç dəfə - imza vərəqələri Mərkəzi Seçki
Komissiyasına
təqdim edilərkən, seçki gününə 10 gün qalmış
və seçkinin
nəticələrinin rəsmi dərc edildiyi gündən 10
gün müddətində hesabat verməlidir;
1.11. Qeydə alınmış namizəd, siyasi partiya,
siyasi partiyaların bloku, müvafiq seçki komissiyasını
xəbərdar etməklə səlahiyyətli nümayəndəni istənilən
vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını
təyin edə bilər. Belə xəbərdarlıq olduqda seçki
komissiyası geri çağırılan səlahiyyətli nümayəndənin
vəsiqəsini ləğv edir. Səlahiyyətli nümayəndə
qeydə almış namizədi, habelə siyasi partiyanı,
siyasi partiyaların blokunu xəbərdar etməklə
ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü
ilə müvafiq seçki komissiyasına qaytararaq öz
səlahiyyətlərindən imtina edə bilər.
1.12. Namizədin, siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndələrinin səlahiyyət
müddəti onların təyin edildiyi vaxtdan başlayır
və seçkilərin yekunlarının Konstitusiya Məhkəməsi
tərəfindən rəsmən elan olunduğu gün və ya siyasi
partiyaların, siyasi partiyalar blokunun irəli
sürdükləri namizədlərin, namizədlik statusunun
itirilməsi vaxt başa çatır.