. : TƏLİMATLAR

 
AzərbaycanRespublikası
Mərkəzi Seçki Komissiyasının 8
avqust 2003-cü il tarixli
21/138 saylı qərarı ilə təsdiq edilmişdir.


Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında
TƏLİM AT


1. Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 40 gün qalmış təşkil olunur.
Məntəqə seçki komissiyası 6 üzvdən ibarətdir. Məntəqə seçki komissiyalarının üzvləri müvafiq dairə seçki komissiyası tərəfindən təyin edilirlər.
1.1. Məntəqə seçki komissiyasının 3 üzvünün namizədliyi vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 1 üzvünün namizədliyi vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 1 üzvünün namizədliyi birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, digər 1 üzvünün namizədliyi isə Milli Məclisdə təmsil olunmayan və vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilər zamanı ən çox səs qazanmış 4 siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən üzvlərtərəfindən təqdim edilir;
1.2. Məntəqə seçki komissiyası üzvlüyünə namizədləri siyasi partiyaları dairə seçki komissiyasmda təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları təqdim edirlər.
2. Birmandatlı seçki dairələri üzrə seçilmiş deputatları dairə seçki komissiyasında təmsil edən komissiya üzvlərinə məntəqə seçki komissiyası üzvlüyünə və əvəzedici üzvlüyə namizədlər aşağıdakı qaydada təqdim olunurlar:
2.1. Hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasına namizəd irəli sürmək üçün azı 10 nəfərdən ibarət yaradılmış seçicilərin təşəbbüs qrupu iclas çağırır. İclasın sədri və katibi seçildikdən sonra gündəliyə 2 məsələ daxil edilir:
1-ci məsələ - müvafiq məntəqə seçki komissiyasının üzvlüyünə namizəd irəli sürülməsi;
2-ci məsələ - məntəqə seçki komissiyasına əvəzedici üzvün
namizədliyinin irəli sürülməsi.
İclas protokolunda iclasda iştirak edən təşəbbüs qrupunun hər bir üzvünün soyadı, adı, atasının adı, yaşadığı yerin ünvanı, şəxsiyyətvəsiqesinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, imzası və iclasın keçirildiyi tarix göstərilir.
2.2. Seçicilərin təşəbbüs qrupunun üzvləri, məntəqə seçki komissiyasının üzvlüyünə və əvəzedici üzvlüyə namizədliyi irəli sürülmüş şəxslər müvafiq seçki dairəsinin, yaxud inzibati erazi vahidinin hüdudları çərçivəsində yaşamalıdırlar.
2.3. İclasda müvafiq məntəqə seçki komissiyasının üzvlüyünə namizədin və əvəzedici üzvün namizədliyinin İrəli sürülməsi barədə qərar qəbul edilir. Qəbul edilmiş qərar və iclas protokolu iclasın sədri və katibi tərəfindən imza editməklə təsdiqlənir.
2.4. Seçicilərin təşəbbüs qrupunun iclasının qəran və iclas protokolu, əgər iclas idarə, müəssisə və ya təşkilətda keçirilirsə onların möhüründən istifadə edilmeklə, seçicilərin yaşayış yeri özrə keçirilirsə, mənzil istismar sahəsinin və ya bələdiyyənin möhüründən istifadə edilməklə tesdiqlənir. Qərar və protokol notariat qaydasında da təsdiq oluna bilər.
2.5. Seçicilərin təşəbbüs qrupu qərar qəbul edildikdən sonra tesdiqlənmiş qərarı, protokolu və namizədlərin razılıq ərizələrini müraciətlə birlikdə müvafiq dairə seçki komissiyasında birmandatlı seçki dairələri üzrə seçilmiş deputatları dairə seçki komissiyasında təmsil edən komissiya üzvlərinə göndərirlər.
2.6. Seçicilərin təşəbbüs qrupunun üzvləri və məntəqə seçki komissiyası üzvlüyünə namizədlər bitərəf olmalıdırlar.
2.7. Birmandatlı seçki dairələri üzrə seçilmiş deputatları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri təqdim olunan sənədləri araşdıraraq, hər bir seçki məntəqəsinə bir nəfer həlledici səs hüquqlu üzv və bir nəfər əvəzedici üzv daxil olmaqla, həmin sənədləri təsdiq etdikdən sonra qərar qəbul olunması üçün müvafiq dairə seçki komissiyasının iclasına çıxarırlar. Dairə seçki komissiyası bu barədə müvafiq qərar qəbul edir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası