Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
12 iyul 2003-cü il tarixli 11/67 saylı
Qərarı ilə təsdiq edilmişdir
Seçicilərin
vaxtından əvvəl səsvermə qaydaları haqqında
İ
z a h
1.1.
Azərbaycan Respublikası Prezidentinin seçkilər
günü səsvermə saat 8.00-dan 19.00-a kimi keçirilir.
1.2. Mərkəzi Seçki Komissiyası səsvermə gününə
azı 5 gün qalmış bülletenləri zərflərlə birlikdə
sədr və katiblərin iştirakı ilə tərtib edilmiş
akt əsasında müvafiq dairə seçki komissiyalarına
təhvil verir.
1.3. Müvafiq dairə seçki komissiyası Azərbaycan
Respublikasının bayrağı altında üzən gəmilərdə,
uzaq və yolu çətin olan yerlərdə səsvermə gününə
10 gün qalmış səsverməni keçirməyə icazə verə
bilər. Bunun üçün dairə seçki komissiyası müvafiq
qərar qəbul edir.
1.4. Bu məqsədlə müvafiq dairə seçki komissiyası
səsvermə gününə ən geci 20 gün qalmışa qədər
Mərkəzi Seçki komissiyasına müraciət edərək
vaxtından əvvəl səsverməni keçirməsinin səbəbləri
barədə əsaslandırılmış məlumat verməlidir.
1.5. Dairə seçki komissiyası həmin məlumatında
vaxtından əvvəl səsver-mənin keçiriləcəyi seçki
məntəqələrinin və seçicilərin sayını, həmçinin
zəruri sayda bülleten və zərflərin sayını da
göstərməlidir.
1.6. Dairə seçki komissiyasının müraciətinə
əsasən Mərkəzi Seçki Komissiyası səsvermə gününə
ən geci 10 gün qalmış, müvafiq dairə seçki komissiyasına
göstərilən miqdarda zərflərlə birlikdə bülletenləri,
dairə seçki komissiyasının sədr və katiblərinin
iştirakı ilə tərtib olunmuş akt əsasında verir.
Müstəsna hallarda Azərbaycan Respublikasının
bayrağı altında üzən gəmilərində təşkil edilmiş
seçki məntəqələri üçün seçki bülletenlərinin,
səsvermənin nəticələri haqqında protokolun mətni
radioqramma vasitəsi ilə və ya başqa texniki
vasitələrindən istifadə etməklə çatdırıla bilər.
1.7. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin
tələblərinə müvafiq olaraq məntəqə seçki komissiyası
səsvermə başa çatdıqdan sonra 24 saatdan gec
olmayaraq səsvermənin nəticəsi haqqında protokolu
dairə seçki komissiyasına təqdim edir.
1.8. Xəzər dənizinin Azərbaycan Respublikasına
məxsus olan sektorunda yerləşən neft platformasında,
səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti
olduqları yerlərdə – xəstəxanalarda, sanatoriyalarda,
istirahət evlərində, azadlıqdan məhrum etmə
yerlərində, istintaq təcridxanalarında, müvəqqəti
saxlama yerlərində seçici siyahılarına daxil
edilmiş bütün seçicilər səsvermədə iştirak ediblərsə,
məntəqə seçki komissiyaları səsvermənin vaxtından
qabaq qurtarması haqqında məlumat verə bilərlər.