Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
8 avqust 2003--cü il tarixli
21/137 saylı Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
seçkiləri zamanı seçkiqabağı təşviqatın aparılması
ilə bağlı Azərbaycan Respublikası Seçki Məcəlləsinin
bəzi müddəalarının tətbiqi və seçkilərdə iştirak
etmək üçün qeydə alınmış namizədlərə, namizədləri
qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların
bloklarına teleradio şirkətlərinin kanallarında
efir vaxtının verilməsi və dövri mətbuat səhifələrində
seçkiqabağı təşviqat materiallarının dərc edilməsi
qaydaları haqqında
T Ə L İ M
A T
1.Ümumi müddəalar
1.1. Bu Təlimat Azərbaycan
Respublikasınin Seçki Məcəlləsi (bundan sonra
– Seçki Məcəlləsi) və «Kütləvi informasiya vasitələri
haqqında» Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq hazırlanmışdır, seçkiqabağı
təşviqatın aparılmasında dövlət və özəı kütləvi
informasiya vasitələrindən istifadə qaydaları
və şərtlərini tənzimləyir.
1.2. Təlimatda aşağıdakı anlayışlardan istifadə
edilir:
kütləvi informasiya vasitələri ilə seçkiqabağı
təşviqat – seçiciləri hər hansı namizədin lehinə
və ya əleyhinə səs verməyə təbliğ etmək məqsədilə
qanunvericiliklə müəyyən olunmuş formada məlumatların
hazırlanıb, kütləvi informasiya vasitələri ilə
yayılması;
seçkiqabağı təşviqatın növləri – çıxış, müsahibə,
mətbuat konfransı, canlı yayım (birbaşa efir),
debat, dəyirmi masa, siyasi reklam, namizəd
haqqında teleoçerklərin və videofilmlərin (bədii
filmlər istisna olmaqla) göstərilməsi;
çıxış – prezidentliyə namizədin seçkiqabağı
proqramının izahı ilə seçicilərə şəxsən müraciəti
(monoloqu);
müsahibə – prezidentliyə namizədin, siyasi partiyanın,
siyasi partiyalar blokunun nümayəndəsinin dövlət
və qeyri-dövlət kütləvi informasiya vasitələrinin
nümayəndələri ilə şəxsi görüşləri zamanı verilən
suallara cavabları;
mətbuat konfransı – prezidentliyə namizədlərin,
siyasi partiyaların, siyasi partiya bloklarının
səlahiyyətli nümayəndələrinin və qanunla müəyyən
olunmuş digər şəxslərin kütləvi informasiya
vasitələrinin nümayəndələri qarşısında, suallara
cavablar da daxil olmaqla, namizədin seçkiqabağı
proqramının izah edilməsi;
canlı yayım (birbaşa efir) – prezidentliyə namizədin,
siyasi partiyanın, siyasi partiyalar bloku nümayəndəsinin
televiziya tamaşaçılarının və radio dinləyicilərinin
birbaşa efir vasitəsilə verdikləri suallara
cavabları;
debat – prezidentliyə iki və daha çox namizədin,
siyasi partiya, siyasi partiya bloku namizədlərinin
seçkiqabağı proqramlarında olan və ictimai əhəmiyyətli
problemlər üzrə açıq fikir mübadələsi;
dəyirmi masa – seçkiqabağı təşviqat tədbirləri
çərçivəsində prezidentliyə namizədlərlə, siyasi
partiyalarla, siyasi partiyaların bloku ilə
kütləvi informasiya vasitələrinin nümayəndələri,
televiziya tamaşaçıları, radio dinləyiciləri
və oxucular arasında sual-javab və fikir mübadiləsi;
siyasi reklam – seçki prosesinin iştirakçıları
tərəfindən ictimai rəyin hər hansı namizədin
lehinə və ya əleyhinə formalaşdırılması məqsədilə
reklam materiallarını digər informasiya növlərindən
və canrlarından (gözə çarpacaqlığı, yığcamlığı,
təkrarlığı, emosional təsirin məna təsirindən
üstünlüyü ilə) fərqləndirən üsul və vasitələrdən
istifadə etməklə kütləvi informasiya vasitələri
ilə prezidentliyə namizədlər barəsində məlumatların
yayılması;
informasiya proqramı – teleradio şirkətləri
tərəfindən vaxtaşırı yayımlanan, cari hadisə
və yeniliklər haqqında məlumatları əks etdirən
teleradio proqramı;
Dövlət Teleradio Şirkəti – Azərbaycan Respublikasının
dövlət hakimiyyəti orqanı tərəfindən təsis olunmuş
teleradio şirkəti;
bələdiyyə teleradio şirkəti – təsisçilərindən
(həmtəsisçilərindən) biri yerli özünüidarəetmə
orqanı olan teleradio şirkəti;
dövlət dövri mətbuat nəşrləri – Azərbaycan Respublikasının
dövlət hakimiyyəti orqanları tərəfindən təsis
olunmuş və ya təsisçilərindən biri dövlət hakimiyyəti
orqanı, yaxud dövlət müəssisəsi, idarəsi və
təşkilatı olan, tamamilə – ya da qismən müvafiq
büdcə vəsaiti hesabına maliyyələşdirilən mətbu
nəşrlər;
bələdiyyə dövri mətbuat nəşrləri – təsisçilərindən
(həmtəsisçilərindən) biri yerli özünüidarəetmə
orqanı, yaxud bələdiyyə müəssisəsi, idarəsi
və təşkilatı olan, tamamilə, yaxud qismən müvafiq
büdcə vəsaiti hesabına maliyyələşdirilən mətbu
nəşrlər.
1.3. Azərbaycan Respublikası Prezidentinin seçkilərində
aşağıdakılar seçkiqabağı təşviqat aparmaq hüququna
malikdirlər:
1.3.1. prezident seçkilərində iştirak etmək
üçün qeydə alınmış namizədlər və onların vəkilləri.
Prezident seçkilərində iştirak etmək üçün qeydə
alınmış namizədlərin, eləcədə namizədləri qeydə
alınmış siyasi partiyaların, siyasi partiya
bloklarının səlshiyyətli nümayəndələri (onlara
verilmiş səlahiyyət həddində)
1.3.2. prezident seçkilərində iştirak etmək
üçün namizədi qeydə alınmış siyasi partiyalar,
siyasi partiyaların blokları.
1.4. Seçki Məcəlləsi ilə seçkiqabağı təşviqatın
aparılmasının aşağıdakı üsulları müəyyən edilib.
1.4.1. kütləvi informasiya vasitələri ilə təşviqatın
aparılması;
1.4.2. kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla
görüşlər, kütləvi müzakirələr, söhbətlər və
s.) keçirilməsi yolu ilə təşviqatın aparılması;
1.4.3. seçki qanunvericiliyi həm də müəyyən
edir ki, kütləvi inforyasiya vasitələri ilə
təşviqata açıq müzakirələr, dəyirmi masalar,
mətbuat konfransları, müsahibələr, çıxışlar,
siyasi reklamlar, televiziya və radio verilişləri,
videofilmlər formasınla və qanunla qadağan edilməyən
digər formalarda həyata keçirə bilər.
1.5. Seçki Məcəlləsi (maddələr: 74.4, 90.2)
seçkiqabağı təşviqatın aparılmasını, seçkiqabağı
təşviqatın hər hansı materiallarının yayılmasını
aşağıdakı şəxslərə qadağan edir:
1.5.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
1.5.2. xarici vətəndaşlara;
1.5.3. vətəndaşlığı olmayan şəxslərə (bu zaman
Məcəllənin 12.2-ci maddəsinin tələbi nəzərə
alınmalıdır);
1.5.4. 18 yaşına çatmamış vətəndaşlara;
1.5.5. öz vəzifələrini və ya xidməti vəzifələrini
yerinə yetirərkən, həm də vəzifələrindən və
ya xidməti üstünlüklərindən istifadə etməklə,
dövlət orqanlarında, idarələrində, təşkilatlarında
işləyən şəxslərə, dövlət və ya bələdiyyə qulluqçularına,
hərbi qulluqçulara;
1.5.6. seçki komissiyalarına, seçki komissiyalarının
həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli
şəxslərinə.
1.5.7. Seçkiqabağı təşviqat üçün müəyyən edilmiş
qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi
Seçki Komissiyası nəzdində yaradılmış və əsasən
jurnalistlərdən ibarət olan Mətbuat qrupu həyata
keçirir.
1.6. Seçki Məcəlləsinin 75-ci maddəsi ilə səsvermə
günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı
təşviqat xarakterli tədbirlər qadağan edilir.
1.6.1. Qanunvericiliyin tələbinə görə seçkiqabağı
təşviqat səsvermə gününə 60 gün qalmış, yəni
2003-cü ıl avqust ayının 16-da başlanır və səsvermənin
başlanmasına 24 saat qalmış, yəni 2003-cü ıl
oktyabrın 14-də səhər saat 8.00-da dayandırılır
(maddə 75.2).
1.6.2. Seçki Məcəlləsinin tələbinə (maddə 76)
görə, kütləvi informasiya vasitələri seçkilərlə
bağlı ictimai rəy sorğusunun nəticələrini dərc
edərkən, rəy sorğusunu keçirən təşkilatları,
onun keçirilməsi vaxtını, dəqiq ifadə edilmiş
sualları, sorğuda iştirak edənlərin sayını bildirməlidir.
Səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu
nəticəsinin, seçkilərin nəticələri barədə proqnozların
kütləvi informasiya vasitələrində dərc edilməsinə
yol verilmir.
2. Teleradio şirkətlərinin
kanallarında efir vaxtının verilmə qaydası.
2.1. Teleradio şirkətləri
təşkilatları redaksiyalarının təsisçiləri dövlət
orqanları, təşkilatları, idarələri olduqda və
ya onlar dövlət büdcəsindən maliyyələşdirildikdə,
həmin teleradio verilişləri təşkilatları prezidentliyə
qeydə alınmış namizədlərə, siyasi partiyalara
və siyasi partiyaların bloklarına seçkiqabağı
proqramlarını təbliğ etmək üçün dövlət hakimiyyəti
orqanlarının ayırdığı vəsait hesabına bərabər
şərait yaratmalıdırlar.
2.2. Verilişləri Azərbaycan Respublikası ərazisinin
yarıdan az hissəsində yayımlanan teleradio verilişləri
təşkilatları, habelə təsisçiləri dövlət orqanları,
təşkilatları, idarələi olan və ya dövlət büdcəsindən
maliyyələşdirilən, Azərbaycan Respublikası ərazisinin
yarısına, yaxud yarısından çoxuna yayımlanan
teleradio verilişləri təşkilatlarının müvafiq
bölmələri prezidentliyə qeydə alınmış namizədə
müvafiq inzibati ərazi vahidində seçkiqabağı
təşviqat aparmaq imkanı yarada bilərlər.
Belə halda, teleradio verilişləri təşkilatlarının
siyahısı seçkilərin təyin edilməsi haqqında
qərar rəsmi dərc edildikdən ən geci 50 gün ərzində
müvafiq icra hakimiyyəti orqanının təqdimatı
ilə müvafiq dairə seçki komissiyaları tərəfindən
dərc edilir.
2.3 Təsisçiləri dövlət orqanları, təşkilatları,
idarələri olan teleradio verilişləri təşkilatları,
eləcə də təsisçiləri dövlət orqanları, idarələri
və təşkilatları olmayan teleradio şirkətləri
qeydə alınmış namizədlərə, namizədləri qeydə
alınmış siyasi partiyalara, siyasi partiya bloklarına
müqavilə əsasında dəyəri ödənilən efir vaxtı
ayırmaq hüququna malikdirlər.
Bu zaman ödənişin məbləği və şərtləri qeydə
alınmış bütün namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları üçün eyni olmalıdır.
2.4. Müvafiq teleradio verilişləri təşkilatlarının
redaksiyaları efir vaxtı verilməsinin mümkünlüyü
barədə qeydə alınmış namizədlərə, namizədləri
qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların
bloklarına, Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (bundan sonra – Mərkəzi
Seçki Komissiyası), dairə seçki komissiyalarına
göndərilən bildirişlə yanaşı, ödənişin məbləği
barədə məlumatı da seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərcindən ən geci 50
gün ərzində dərc etməlidirlər.
2.5. Özəl teleradio verilişləri təşkilatları
seçki kampaniyasında, o cümlədən seçkiqabağı
təşviqata efir vaxtı ayrılmasında iştirak etməyə
məcbur edilə bilməzlər.
2.6. Qeydə alınmış namizədlərə, siyasi partiyalara
və siyasi partiyaların bloklarına müvafiq olaraq
pulsuz və ya pullu efir vaxtı ayıran teleradio
verilişləri təşkilatları Mərkəzi Seçki Komissiyasının
müəyyənləşdirdiyi qaydada ayrılmış efir vaxtının
dəyərinin qeydiyyatının aparılma və qeydiyyat
barədə səsvermə gününə azı beş gün qalmış və
səsvermə günündən ən tezi 5 gün sonra, qeydtyyatı
həyata keçirən müvafiq seçki komissiyasına məlumat
verməlidirlər.
2.7. Qeydə alınmış namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları ödənişli efir vaxtının
dəyərinin ödənilməsinə razılığı təsdiq edən
sənədləri müvafiq seçki komissiyasının sorğusu
əsasında təqdim etməyə borcludurlar.
2.8. Prezidentliyə namizədlərin seçkiqabağı
təşviqatı pulsuz aparmaq məqsədilə təsisçisi
dövlət orqanları, təşkilatları, idarələri olan
və verilişləri Azərbaycan Respublikası ərazisinin
yarısına, yaxud yarısından çoxuna yayımlanan
teleradio verilişləri təşkilatlarının kanallarında
pulsuz efir vaxtı almaq hüququ vardır.
2.9. Teleradio verilişləri təşkilatlarının təqdim
etdikləri pulsuz efir vaxtı seçkiqabağı təşviqat
başlandığı gündən (səsvermə gününə 60 gün qalmış)
bir həftə ərzində, prezidentliyə qeydə alınmış
namizədlərin ərizələrinə əsasən Mərkəzi Seçki
Komissiyası tərəfindən qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları
arasında bərabər surətdə bölünür.
2.10. Seçkiqabağı materialların efirəçıxma tarixi
və vaxtı müvafiq seçki komissiyasının və teleradio
verilişləri təşkilatları nümayəndələrinin iştirakı
ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir.
Püşkatmanın keçirilməsi yeri və vaxtı haqqında
Mərkəzi Seçki Komissiyasının məlumatı rəsmi
dərc edilir.
Püşkatma keçirilməsində Mərkəzi Seçki Komissiyası
üzvlərinin, qeydə alınmış namizədlərin və onların
səlahiyyətli nümayəndələrinin, yaxud vəkil edilmiş
şəxslərinin, siyasi partiyaların, siyasi partiya
bloklarının vəkil edilmiş şəxslərinin, yəni
Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində
göstərilən şəxslərin iştirak etmək hüququ vardır.
Püşkatma komissiyası tərəfindən tərtib olunub,
Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq
edilən efir vaxtının verilməsi cədvəli prezidentliyə
namizədlərə pulsuz efir vaxtının verilməsi üçün
əsasdır.
Püşkatma keçirilməsinin təşkili və efir vaxtı
verilməsi cədvəlinin tərtibi üçün püşkatma komissiyası
Mərkəzi Seçki Komissiyasının üzvləri sırasından,
üç nəfərdən ibarət tərkibdə yaradılır.
Püşkatma komissiyası püşkatmanın keçirilməsi
yeri, tarixi və vaxtı barədə prezidentliyə namizədlərə,
prezidentliyə namizəd irəli sürmüş siyasi partiyaların,
siyasi partiya bloklarının səlahiyyətli nümayəndələrinə
püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmışadək
məlumat verməlidir.
Püşkatma komissiyası elan edilən gündə, saatda
və yerdə prezidentliyə namizədlər və ya onların
tapşırığı ilə, namizədi irəli sürülmüş siyasi
partiyaların, siyasi partiya bloklarının səlahiyyətli
nümayəndələri arasında müvafiq teleradio şirkəti
nümayəndələrinin iştirakı ilə püşkatma keçirir.
Püşkatma üçün siyahını prezidentliyə namizədlərin
sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən
fərqlənməyən dördkünc kağız parçaları hazırlanır.
Bu kağız parçaları nömrələnir, dörd yerə bükülür
və qutuya salınaraq qarışdırılır. Sonra prezidentliyə
namizədlərdən və ya onların tapşırığı ilə səlahiyyətli
nümayəndələrindən, həmçinin prezidentliyə namizəd
irəli sürmüş siyasi partiyaların, siyasi partiya
bloklarının səlahiyyətli nümayəndələrindən hər
biri növbə ilə qutudan bir büküm çıxararaq,
orada yazılmış nömrəni elan edir. Püşkatmanın
nəticələri əsasında cədvəl tərtib olunur.
Həmin cədvəl 2003-cü il avqustun 31-dən gec
olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən
təsdiq edilir.
Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir.
Püşkatma nəticəsində efir vaxtının bölgüsü Seçki
Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan
dövrü nəşrlərdə dərc olunur.
Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə
tutulan teleradio verilişləri təşkilatlarının
seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz
efir vaxtının ümumi həcmi həftədə 3 saatdan
az olmamalıdır. Seçki Məcəlləsinin 77.3-cü maddəsində
nəzərdə tutulan teleradio verilişləri təşkilatlarının
seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz
efir vaxtının ümumi həcmi isə həftədə 1 saat
30 dəqiqədən az ola bilməz, həmin təşkilatların
verilişlərinin ümumi vaxtı gün ərzində 2 saatdan
az olarsa, göstərilən efir vaxtı verilişlərin
ümumi həcminin 1/4 hissəsindən az olmamalıdır.
Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması
mümkün olan vaxta ayrılmalıdır.
2.11. Təsisçiləri dövlət orqanları, təşkilatları,
idarələri olan teleradio verilişləri təşkilatlarının
və özəl teleradio verilişləri təşkilatlarının
kanallarında seçkiqabağı təşviqat teleradio
verilişləri təşkilatı ilə bağlanılmış müqaviləyə
uyğun olaraq başlanır.
Təsisçiləri dövlət orqanları, təşkilatları,
idarələri olan teleradio verilişləri təşkilatları
seçkiqabağı təşviqatın pullu əsaslarla aparılması
üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdırlar.
Bütün qeydə alınmış namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları üçün ödəniş həcmi
və şərtləri eyni olmalı və seçkilərin təyin
edilməsi haqqında qərarın rəsmi dərc edildiyi
gündən başlayaraq ən geci 50 gün ərzində bu
barədə müvafiq məlumat dərc edilməlidir.
2.12. Bu Təlimatın 2.11-ci maddəsində göstərilən
teleradio verilişləri təşkilatının ödənişli
istifadəyə təqdim edəcəyi ehtiyatda olan efir
vaxtının ümumi həcmi 3 saatdan az və 6 saatdan
artıq ola bilməz.
2.13. Qeydə alınmış hər bir namizəd, eləcə də
siyasi partiya, siyasi partiyalar bloku üçün
ehtiyatda saxlanmış efir vaxtından ödənişli
əsaslarla istifadə norması həmin vaxtın ümumi
həcminin qeydə alınmış namizədlərin sayına bölünməsi
ilə müəyyənləşdirilir.
2.14. Bu Təlimatın 2.11-ci maddəsində göstərilən
efir vaxtı teleradio verilişləri təşkilatları
tərəfindən səsvermə gününə 60 gün qalmış başlanır
və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
2.15. Seçkiqabağı təşviqat materiallarının efirə
çıxarılması tarixi və vaxtı prezidentliyə qeydə
alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiya bloklarının səlahiyyətli nümayəndələrinin
verdikləri müvafiq bildiriş əsasında, onların
iştirakı ilə keçirilən püşkatma nətijəsində
teleradio verilişləri təşkilatları tərəfindən
müəyyənləşdirilir. Püşkatma seçkilərə 60 gün
qalmış başlandıqdan sonra bir həftə ərzində
keçirilməlidir. Efir vaxtı püşkatma keçirildikdən
sonra bağlanmış müqavilə əsasında təqdim edilir.
Püşkatma bu Təlimatla müəyyən edilmiş qaydada
həyata keçirilir.
2.16. Püşkatma keçirildikdən sonra efir vaxtından
istifadə etməkdən imtina olunarsa, efirə çıxmağa
2 gün qalmış müvafiq teleradio verilişləri təşkilatına
bu barədə məlumat verilməlidir. Seçkiqabağı
təşviqat məqsədləri üçün istifadə istisna olmaqla,
sərbəstləşmiş efir vaxtından öz mülahizəsi üzrə
istifadə edir.
2.17. Teleradio verilişləri təşkilatlarının
prezidentliyə qeydə alınmış namizədlərə, siyasi
partiyalara, siyasi partiyaların bloklarına
efir vaxtı verməsi və onun dəyərinin ödənilməsi
bərabər əsaslar və şərtlər ilə həyata keçirilir.
Ödənişin məbləği və şərtləri bütün iştirakçılar
üçün eyni olmalıdır.
Bu qaydaya əməl etməyən teleradio şirkətləri
seçkiqabağı təşviqat üçün efir vaxtı ayıra bilməz.
2.18. Ödənişli efir vaxtı verilməsi haqqında
müqavilədə aşağıdakılar nəzərdə tutulmalıdır:
1) seçkiqabağı təşviqatın forması;
2) efirəçıxma vaxtı və tarixi;
3) verilən efir vaxtının müddəti, onun ödənilməsi
qaydası və ödənişin həcmi.
2.19. Teleradio verilişləri zamanı aparıcı jurnalistin
iştirakı forması və şərtləri qeyd olunmaqla
müqavilə şərtləri yerinə yetirildikdən sonra
verilişlərin proqramı, verilişin və efirəçıxmanın
vaxtı göstərilməklə, efir vaxtından istifadə
edildiyi barədə akt bağlanır.
2.20. Efir vaxtı dəyərinin ödənilməsi üçün vəsaitin
tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını
qeydə alınmış namizəd, siyasi partiya, siyasi
partiyaların bloku efir vaxtının verilməsi gününə
ən geci 48 saat qalmış müvafiq banka təqdim
etməlidir. Bank pul vəsaitini gecikdirmədən
köçürməlidir. Nağdsız ödənişin müddəti 2 bank
günündən çox olmamalıdır.
2.21. Efir vaxtı dəyərinin ödənişi qeydə alınmış
namizədin, siyasi partiyanın, siyasi partiyalar
blokunun seçki fondu vəsaitinin hesabına həyata
keçirilməlidir.
2.22. Dəyəri ödənilmiş efir vaxtından istifadə
zamanı Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş
şərtlər qeydə alınmış namizəd, siyasi partiya,
siyasi partiyaların blokları tərəfindən pozularsa,
teleradio verilişləri təşkilatları efir vaxtının
verilməsi haqqında müqavilənin ləğvi üçün məhkəməyə
mürajiət edə bilərlər.
2.23. Müqavilə ləğv edildikdə teleradio verilişləri
təşkilatları sərbəstləşmiş efir vaxtından seçkiqabağı
təşviqat məqsədləri üçün istifadə edə bilməzlər.
2.24. Qeydə alınmış namizədin, siyasi partiyanın,
siyasi partiyalar blokunun təşviqat materiallarının
televiziya və radioda verilməsini malların,
işlərin və xidmətlərin reklamları ilə və ya
digər proqramların verilməsi ilə dayandırmaq
qadağandır.
2.25. Qeydə alınmış namizədin, siyasi partiyanın,
siyasi partiyalar blokunun təşviqat materiallarını
təsisçisi dövlət orqanları, təşkilatları, idarələri
olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdrilirsə,
bu teleradio verilişləri təşkilatlarının kanallarında
verilməsini digər teleradio proqramlarının verilməsi
ilə dayandırmaq qadağandır.
2.26. Qeydə alınmış namizədlərin, siyasi partiyaların,
siyasi partiya bloklarının seçkiqabağı tədbirlərinin
keçirilməsi haqqında məlumatlar, bir qayda olaraq,
teleradio proqramlarında məlumatların şərhsiz
göstərildiyi proqramların başlanğıcında verilməlidir.
Belə məlumatlara sərf edilən efir vaxtının dəyəri
qeydə alınmış namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları tərəfindən ödənilmir.
2.27. Seçkiqabağı təşviqata aid teleradio proqramlarının
video və audio yazısı aparılır və həmin yazılar
efirə çıxdığı gündən 12 ay müddətində müvafiq
teleradio verlişləri təşkilatları tərəfindən
qorunub saxlanılır. Teleradio verilişləri təşkilatları
ödənişsiz və ödənişli efir vaxtının verilməsinə
aid hesabat sənədlərini səsvermə günündən başlayaraq
5 il müddətində saxlamalıdırlar. Bu şərtlərə
əməl edilməməsi qanunla müəyyən olunmuş qaydada
məsuliyyət yaradır.
3. Seçkiqabağı təşviqat
xarakterli materialların dövrj nəşrlərdə dərj
edilmə qaydası və şərtləri
3.1. Prezidentliyə namizədlərin seçkiqabağı
təşviqatı pulsuz aparmaq məqsədilə təsisçisi
dövlət orqanları, təşkilatları, idarələri olan,
yaxud dövlət büdjəsindən maliyzələşdirilən və
həftədə azı bir dəfə çıxan dövri nəşrlərdə ödənişsiz
dərc üçün müvafiq yer almaq hüququ vardır.
3.2. Ödənişsiz nəşr səhifələrindən istifadə
məqsədilə qeydə alınmış prezidentliyə namizədlərin
verdikləri ərizələr əsasında səsvermə gününə
60 gün qalmış onların arasında bu Təlimatla
müəyyən edilmiş qaydada bir həftə müddətində
püşkatma keçirilir.
3.3. Təlimatın 3.1.-ci maddəsində göstərilən
dövri nəşr redaksiyaları dövri nəşrlərdə ödənişsiz
dərc üçün müvafiq səhifələr ayırırlar.
3.4. Bu Təlimatın 3.1-ci maddəsində göstərilən
dövri nəşr redaksiyalarının hər birinin qeydə
alınmış prezidentliyə namizədlərə pulsuz ayırdığı
nəşr yerinin həftəlik ümumi həcmi Seçki Məcəlləsinin
75-ci maddəsi ilə müəyyənləşdirilmiş dövrdə
həftəlik nəşr səhifələrinin ümumi həcminin 10
faizini təşkil etməlidir.
3.5. Həmin dövrdə seçkiqabağı təşviqat məqsədləri
üçün dövri nəşrin ödənişsiz təqdim etdiyi səhifələrin
ümumi həcmini bir nəşrin redaksiyası seçkilərin
təyin edilməsi barədə qərarın rəsmi dərjindən
ən geci 50 gün keçənədək elan edir.
Göstərilən dövri nəşrlərin redaksiyaları qeydə
alınmış namizədlərə dövri nəşrin səhifələrində
bərabər həcmdə yer ayırmalıdırlar.
3.6. Təsisçiləri dövlət orqanları, təşkilatları,
idarələri olan və nəşrləri Azərbaycan Respublikası
ərazisinin yarısından çoxuna yayılan dövri nəşr
redaksiyalarının və ya Azərbaycan Respublikası
ərazisinin yarıdan az hissəsində yayılan dövri
nəşr redaksiyalarının pulsuz nəşr səhifələrindəki
yerin ümumi həcminin bölgüsü həmin həcmin müvafiq
olaraq bu dövrdə nəşrlərdə seçkiqabağı materialları
ödənişsiz dərc etdirmək hüququ olan prezidentliyə
qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi
yolu ilə müəyyənləşdirilir.
3.7. Qeydə alınmış namizədlərin seçkiqabağı
təşviqat materiallarının ödənişsiz dərcinin
tarixi maraqlı şəxslərin iştirakı ilə dövri
nəşrlərin redaksiyalarında keçirilən püşkatma
yolu ilə müəyyənləşdirilir. Püşkatma seçkilərə
60 gün qalmış keçirilir. Püşkatmada Mərkəzi
Seçki Komissiyasının üzvləri, prezidentliyə
qeydə alınmış namizədlər və onların səlahiyyətli
nümayəndələri, yaxud onların vəkil edilmiş şəxsləri,
eləjə də müşahidəçilər iştirak edə bilərlər.
Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir.
3.8. Prezidentliyə qeydə alınmış namizədə dövri
nəşrlərin redaksiyalarının çəkdikləri xərclər
həmin nəşrlərin redaksiyalarına dövlət büdcəsindən
maliyyələşdirmə hesabına ödənilir.
3.9. Təsisçiləri dövlət orqanları, təşkilatları,
idarələri olan və dövlət tərəfindən maliyyələşdirilən
dövri nəşrlərin redaksiyaları prezidentliyə
qeydə alınmış namizədlərə seçkiqabağı təşviqat
aparılması məqsədilə öz səhifələrində ödənişli
əsaslarla yer ayırmağa borcludurlar.
3.10. Nəşr səhifələrində ayrılmış yerin dəyərinin
ödənilməsi əsasları, şərtləri və məbləği prezidentliyə
qeydə alınmış bütün namizədlər üçün eyni olmalıdır
və seçkilərin təyin edilməsi barədə qərarın
rəsmi dərcindən ən geci 50 gün keçənədək dövri
nəşrlərin redaksiyaları tərəfindən dərc edilməlidir.
Nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış
yerin ümumi həcmi həftəlik nəşr səhifələrinin
ümumi həcminin 10 faizindən az olmamalıdır.
3.11. Prezidentliyə qeydə alınmış namizəd, müvafiq
ödəniş müqabilində ehtiyat üçün, nəşr səhifələrində
ayrılan yerin ümumi həcminin müvafiq olaraq
qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi
yolu ilə müəyyənləşdirilən hissəsi qədər yer
ala bilər.
3.12. Dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqatın
ödənişli əsaslarla aparılmasının digər şərtləri
Seçki Məcəlləsinin 84-cü maddəsinin muvafiq
bəndlərinə uyğun olaraq həyata keçirilir.
3.13. Qeydə alınmış namizəd püşkatma keçirildikdən
sonra dövri nəşrin səhifələrində ayrılmış yerdən
imtina edərsə, o, dərcetmə gününə azı 5 gün
qalmış bu barədə müvafiq dövri nəşrin redaksiyasına
məlumat verməlidir. Bu zaman dövri nəşrin redaksiyası
sərbəstləşmiş yerdən seçkiqabağı təşviqat məqsədi
ilə istifadə edə bilməz.
3.14. Seçkiqabağı təşviqat materialları dərc
edilərkən namizədlərlə razılaşdırılmadan heç
bir redaksiya şərhi verilə bilməz.
3.15. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının, bələdiyyə qurumlarının təsis etdikləri
dövri nəşrlər təsisçilərin rəsmi materiallarının,
normativ və digər aktlarının rəsmi dərc edilməsi
məqsədi daşıyırsa, onların redaksiyaları seçkiqabağı
təşviqat materiallarını və digər materialları
dərc edə bilməzlər.
3.16. Dövri nəşrlər prezidentliyə qeydə alınmış
namizədlər tərəfindən təsis edilmişdirsə, onların
nəşr səhifələrində yer ayrılması barədə tələblər
həmin dövri nəşrlərin redaksiyalarına şamil
olunmur.
4. Kütləvi tədbirlər
yolu ilə seçkiqabağı təşviqatın aparılması şərtləri
4.1. Dövlət orqanları, bələdiyyə qurumları prezidentliyə
qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi
partiyaların blokuna vətəndaşlarla görüşlər,
açıq müzakirələr təşkil edilməsində və keçirilməsində
kömək etməlidirlər.
4.2. Prezidentliyə qeydə alınmış namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş
şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi
üçün yer ayrılması barədə ərizələrə müvafiq
icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxırlar.
4.3. Seçki komissiyalarının sifarişi ilə, dövlət
və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı
tədbirlərin keçirilməsi üçün yararlı yer (bina,
otaq) prezidentliyə qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiya bloklarının
səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş
şəxslərinin Mərkəzi Seçki Komissiyası ilə razılaşdırdıqları
vaxtda seçijilərlə görüşlər üçün istifadəyə
mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən
yer (otaq, bina) qeydə alınmış namizədlərdən
birinə, siyasi partiyaya, siyasi partiyaların
blokuna, seçkiqabağı təşviqatın aparılması üçün
verilmişsə, mülkiyyətçi qeydə alınmış digər
namizədə, siyasi partiyaya, siyasi partiyaların
blokuna həmin yeri (otağı, binanı) eyni istifadə
şərtləri ilə verməkdən imtina edə bilməz.
4.4. Mərkəzi Seçki Komissiyası prezidentliyə
qeydə alınmış namizədlərə, siyasi partiyalara,
siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi
tədbirlər keçirmək üçün bərabər şərait yaradır.
4.5. Dövlətin müvafiq reyestrlərinə daxil edilmiş,
mədəniyyət obyektləri sayılan bina və avadanlıq
təşviqat məqsədləri üçün istifadə edilə bilməz.
4.6. Hərbi hissələrin, hərbi təşkilatların və
idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması
qadağandır.
4.7.Prezidentliyə qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları,
onların səlahiyyətli nümayəndələri və vəkil
edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi
ərazinin hüdudlarında hərbi qulluqda sayılan
seçicilərlə görüşlərini hərbi hissə komandirinin
dairə seçki komissiyası ilə birlikdə belə görüşün
keçirilməsini təyin etdikləri günə azı 3 gün
qalmış bütün namizədlərin, namizədləri qeydə
alınmış bütün siyasi partiyaların, siyasi partiya
bloklarının mütləq dəvət edilməsi və ya onlara
xəbər verilməsi ilə təşkil edilə bilər.
4.8. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində
təhlükəsizliyi və ictimai siyasi asayişi qanunvericiliyə
uyğun olaraq müvafiq ijra hakimiyyəti orqanları
təmin edirlər.
5.Çap, audiovizual
və digər seçkiqabağı təşviqat materiallarının
buraxılması və yayılması şərtləri
5.1. Prezidentliyə qeydə alınmış namizədlər,
namizədi qeydə alınmış siyasi partiyalar, siyasi
partiyaların blokları qanunla müəyyənləşdirilmiş
qaydada çap, audiovizual və digər seçkiqabağı
təşviqat materiallarını buraxmaq hüququna malikdirlər.
5.2. Seçkilərin təyin edilməsi haqqında qərarın
dərc edildiyi günədək təsisçiləri (həmtəsisçiləri)
dövlət orqanları və ya bələdiyyə qörumları,
təşkilatları, idarələri olan, reklam xidmətləri
göstərən təşkilatlar dövlət hakimiyyəti orqanlarının,
bələdiyyə qörumlarının ayırdıqları vəsait hesabına
qeydə alınmış namizədlərə, siyasi partiyalara,
siyasi partiya bloklarıına seçkiqabağı təşviqat
materiallarının yerləşdirilməsi üçün bərabər
şərait yaratmalıdırlar.
5.3. Seçkiqabağı çap və audiovizual təşviqat
materiallarında bu materialları hazırlayan və
hazırlanmasınx sifariş edən təşkilatların adı,
materialların tirajı və buraxılış tarixi barədə
məlumat olmalıdır.
5.4. Çap olunan seçkiqabağı təşviqat materialları
haqqında tam məlumatları və ya onların surətlərini
prezidentliyə qeydə alınmış namizəd, siyasi
partiya, siyasi partiyaların bloku Mərkəzi Seçki
Komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla
birlikdə Mərkəzi Seçki Komissiyasına bu materialları
sifariş edən və hazırlayan təşkilatların ünvanları
barədə məlumat da təqdim edilməlidir.
5.5. Seçkiqabağı təşviqat materiallarının bu
materialları hazırlayan və hazırlanmasını sifariş
edən təşkilatın adı, materialların tiracı və
buraxılış tarixi barədə məlumat göstərilmədən
hazırlanmaısı və yayılması qadağandır.
5.6. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə
qurumları dairə seçki komissiyasının təklifi
ilə səsvermə gününə azı 30 gün qalmış hər bir
seçki məntəqəsinin ərazisində seçkiqabağı təşviqat
materiallarının lövhələrdə yerləşdirilməsi üçün
yer müəyyənləşdirməlidir. Belə yerlər seçicilərin
gəlməsi üçün əlverişli olmalı və elə müəyyənləşdirilməlidir
ki, oradakı məlumatları oxumaq mümkün olsun.
5.7. Seçkiqabağı təşviqat materialları otaqlarda,
binalarda, digər obyektlərdə yalnız göstərilən
obyektlərin mülkiyyətçilərinin və ya sahiblərinin
razılığı ilə yerləşdirilə bilər (asılma, yapışdırılma
yolu ilə və s).
5.8. Seçkiqabağı təşviqat materialları dövlətin
müvafiq reyestrinə daxil edilmiş tarix və ya
mədəniyyət abidələri sayılan binalarda, qurğularda
və otaqlarda, habelə seçki komissiyalarının
otaqlarında, o jümlədən səsvermə otağında namizədlər
haqqında, bülletenlərin doldurulması qaydası
haqqında məlumatların yerləşdirilməsi məqsədi
ilə ayrılan məlumat lövhələrində, seçki komissiyaları
binalarının dəhlizləri və girişlərində yerləşdirilə
bilməz.
6. Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə
hallarına yol verilməməsi
6.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə
uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi
partiyaların, siyasi partiya bloklarının seçkiqabağı
proqramlarında, yığıncaqlarda, kütləvi informasiya
vasitələrində yayılan təşviqat materiallarında
və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə,
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə
və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar,
vətəndaşların şərəf və ləyaqətini təhqir edən
mülahizələr olmamalıdır.
6.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən
kütləvi informasiya vasitələrindən sosial, irqi,
milli, dini nifrət və düşmənçilik yaradan təşviqat
formasında sui-istifadə qadağandır.
6.3. Seçkiqabağı təşviqatda seçicilərin aşağıdakı
üsullarla ələ alınması qadağandır:
6.4. Təşkilat işlərin yerinə yetirilməsi məqsədi
istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr
və digər qiymətli materialıar vermək (döş nişanları
və nominal dəyərə malik olan digər təşviqat
materialları istisna edilməklə);
6.5. Azərbaycan Respublikası Seçki Məcəlləsinin
88-ci maddəsinin müvafiq bəndləri ilə müəyyən
edilmiş məhdudiyyətlər.
6.6. Seçki Məcəlləsinin 77.1-ci və 77.4-cü maddələrində
göstərilmiş teleradio verilişləri təşkilatlarının
teleradio proqramları və dövri nəşrlərin redaksiyaları
seçki kampaniyasında iştirak edərək qeydə alınmış
namizədə seçkiqabağı təşviqat başa çatanadək
ləyaqətini və şərəfini müdafiə etmək və ya qeyri-obyektiv
məlumatları seçki kampaniyası zamanı təkzib
etmək imkanını təmin etmirsə, namizədin ləyaqətinə,
şərəfinə zərər vuran saxta məlumatların yayılmasına
imkan verməməlidirlər.
6.7. Prezidentliyə qeydə alınmış namizədə seçkiqabağı
təşviqatın müddəti başa çatana kimi ləyaqətini,
şərəfini yuxarıda göstərilən teleradio verilişləri
təşkilatlarının teleradio proqramlarında və
dövri nəşrlərdə müdafiə etmək imkanının verilməməsi
teleradio verilişləri təşkilatlarını, dövri
nəşrlərin redaksiyalarını və onların vəzifəli
şəxslərini qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada məsuliyyətə cəlb etmək üçün əsas ola
bilər.