Azərbaycan Respublikası Mərkəzi
Seçkı
Komissiyasının 25 iyul 2003-cü il tarixli
18/115 qərari ilə təsdiq edilmişdir.
.
Könüllü qeydiyyat depozitinin
köçürülməsi və qaytarılması qaydaları haqqında
T Ə L İ M A T
1. Könüllu qeydiyyat
depozitinin köçürülməsi və qaytarılması qaydaları
Azərbaycan Respublikası Seçkilər Məcəlləsinin
58.5-ci 60.5-ci və 73.2-ci maddəlri ila və bu
təlimatla tənzimlənir.
1.1. Azərbaycan Respublikasi Prezidentliyə namizədin
(bundan sonra prezidentliye namizəd adlandırılacaq)
qeydə alınması üçün imza vərəqələri və digər
seçki sənədləri təqdim edilərkən, eyni zamanda,
qeydiyyatı həyata keçirən Mərkəzi Seçki Komissiyasının
hesabına müvafiq seçki fondunun yuxarı həddinin
3 faizi, yəni 165 000 000 (bir yüz altmış beş
milyon) manat məbləğində könüllü qeydiyyat depozitinin
köçürülməsi barədə bank sənədi təqdim edilə
bilər. Həmin sənəddə ödənişin təyinatı, yəni
“qeydiyyat depoziti üçün” sözləri yazılmalıdır.
1.2. Könüllü qeyddiyat depoziti Mərkəzi Seçki
Komissiyasının depozit üçün ayrılmış xüsusi
hesabına köçürülərkən prezidentliyə namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun
seçki fondundan istifadə edilə bilməz.
2. Prezidentliə namizəd qeydə alinmazsa, qeydiyyatdan
imtina haqqında qərarın surətini aldıqdan sonra
3 gün müddətində namizəd, namizədi irəli sürmüş
siyasi patriyanın (siyasi patriyalar blokunun),
rəhbər organı könüllü qeydiyyat depozitinin
geri qaytarilmaması şərtilə prezidentliyə namizədin
Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınması
barədə ərizə (namizədin soyadı, adı, atasının
adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,
prezidentliyə namizədin təsdiq edilməsi barədə
qərarın tarixi və nömrəsi göstərilməklə) ilə
müraciət edə bilərlər.
2.1 Bu halda Mərkəzi Seçki Komissiyası prezidentliyə
namizədi iki ğün müddətində qeydə alır. Bütün
diğər hallarda könüllü qeydiyyat depozit seçki
komissiyaları tərəfindən qeydə alınmaq və qeydiyyatdan
imtina etmək haqqında müvafiq qərarın qəbul
edilməsindən 3 ğün müddətində namizədə, namizədi
irəli sürmüş siyasi partiyaya, siyasi partiyalar
blokuna qaytarılır.
2.2 Prezidentliyə namizəd seçicilərin 3 faiz
səsini toplaya bilməzsə, könüllü qeydiyyat depoziti
geri gaytarılmır. Prezidentliyə namizəd prezident
seçilırsə, və ya seçicilərin azı 3 faizinin
səsini toplayarsa, qeydiyyat depoziti seşkilərin
yekunları rəsmi dərc edildikdən sonra 3 ğün
müddətində Mərkəzi Seçki Komissiyası tərəfindən
namizəd olmuş şıxsə qaytarılır.
3. Qeydə alınmış prezidentliyə namizəd məcburedici
əsas (qeydə alınmış namizədin məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan hesab edilərək
Azərbaycan Respublikasının Əmək Məcəlləsində
nəzərdə tutlan müvafig tibbi ekspertiza orqanı
tərəfindən təsdiqlənmiş ağır xəstəliyin və ya
iştirakının mümkünsüz edən səbəblər nəticəsində
prezidentliyə namizədin seçki kampaniyası dövründə
sağlamlığın pozulması) olmadan namizədliyini
geri götürərsə könüllü qeydiyyat depoziti geri
gaytarılmır.