. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
12 iyul 2003-cü il tarixli
11/71 saylı
qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində azadlıqdan mahrumetmə təcridxanalarında seçkilərin təşkili haqqında

T ə l i m a t

1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.4 maddəsinə əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında, səsvermə günu üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərinda) seçicilrin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 50 gün qalmış müvafiq dairə seçki komissiyası tərəfindən seçki məntəqələri qaradılır. Bu məqsədlə dairə seçki komissiyası Xəzər dəniz gəmiçiliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin və seçicilərin müvəqqəti olduqlari yerlərin rəhbərlərinə müraciət edərək seçicilərin sayını dəqiqıəşdirir.
1.1. Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən next platformalarında, seçicilrin müvəqqəti olduqları yerlərdə seçicilərin sayı 50 nəfərdən az olduqda seçki məntəqələri seçkilərə azı 5 gün qalmış yaradılır va səsvermənun təşkili gəminin kapitanına və seçicilrin müvəqqəti olduqları müəssisənin rəhbərlarinə tapşırılır. Belə seçki məntəqələri yerləşdikləri və ya gəminin qeydiyyatında olduğu yerdə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur.
1.2. Seçicilrin müvəqqəti olduqları yerlərdə, səsvermə günü üzən gəmilərdə qaradılmış seçki məntəqləri üzrə seçici siyahiları seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin, gəmi kapitaninin seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyası tərərfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.
1.3. Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən gəmilərdə, neft platformalarına, seçki sənədlərinin çatdırılması Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin rəhbərliyi təmin etməlidir.
1.4. Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platforması va neft hasilatı platformalarında, səsvermənin nəticələri haqqında məlumat başqa üsulla mümkün olmadıqda radio və digər rabitə vasitəsilə çatdırıla bilar.

2. Xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində seçki məntəqələri o zaman təşkil edilə bilır ki, həmin yerlərdə seçki təyin edildiyi gündən əvvəl gələn azı 5 gün ərzində qalıb müalicə olunan və dincələn seçki hüquqlu vətəndaşların orta sayı 50 dən artıq olsun. Müalicə alan və dincələn seçicilərin orta sayı haqqında malumat xəstəxana, sanatorya, istirahət evləri müdiriyyətinin arayışı əsasında təsdiq olunur. Arayışda göstərilən say 50 dən az olduqda, qaxud 50 dən artıq olduqda, lakin həqiqətə uyğun olmadiqda məntəqə təşkil edilmir. Yanlış məlumat verən müəssisə rəhbərləri qanunvericiliklə müyyən edilmiş məsuliyyətə cəlb edilirlər. Seçki məntəqələri müvafiq dairə seçki komissiyalarının qərarı ilə səsvermə gününə azı 50 gün qalmış, müstəsns hallarda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə ifadə edilmiş razılıq əsasında səsvermə gününə azı 5 gün qalmış yaradıla bilər. Belə seçki məntəqələri yerləşdikləri yer üzrə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur.
2.1. Azadlıqdan mahrumetmə yerlərinin, istintaq təcridxanalarənın rəhbərləri seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və səsvermə gününə 35 gün qalmış müvafiq məntəqə seçki komissiyalarına təqdim edirlər.
2.2. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qəti imkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanalarının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər.
2.3. Azadlıqdan məhruetmə yerlərində, istintaq təcridxanalarında seçki məntəqəsi yaradılmadıqda, həmin yerlərdə səsvermənin keçirilməsi müvafiq məntəqə seçki komissiyasınan azı 2 üzvü seçicilərin sayına müvafiq miqdarda seçki bülleteni və onun sayına uyğun zərf götürərək müşahidəçilərin iştirakı ilə səsvermənin keçirilməsini təmin edir.
2.4. Müvəqqəti saxlama təcridxanasının rəhbərliyi inzibati qaydada həbs olunan şəxslərin səs vermək üçün yazılı ərizəni yaxınlıqdakı məntəqə seçki komissiyasına təqdim edir. Məntəqə seçki komissiyasının 2 üzvü daşına seçki qutusunu bağlayıb möhürləyir və inzibati qaydada saxlama yerlərində cəza çəkən şəxslərin səsverməsini təmin edir.
2.5. Cəzaçəkmə müəssisələrində cəza çəkən, səs vermək hüququ olan şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hazılanıb təsdiq edilmiş xüsusi vəsiqə əsasında səs verirlər.
2.6. Xüsusi vəsiqənin forması Mərkəzi Seçki Komissiyası ilə razılaşdırırlır.Xüsusi vəsiqəyə məhkumun fotoşəkli, doğulduğu tarix göstərilməklə, cəzaçəkmə müəssisəsinin rəhbərinin imzası və möhürü ilə təsdiqlənməlidir. Həbs olunların sayına müvafiq miqdarda və 0,5 faiz artıq seçki bülleteni və onun qoyulması üçün eyni sayda zərf götürərək 2 nəfər komissiya üzvü və müşahidəçilərin iştiraki ilə səsvermənin keçirilməsini təşkil edir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası