Azərbaycan Respublikası
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komisiyasının
12 iyul 2003-cü il tarixli
11/70 saylı Qərarı ilə təsdiq edilmişdir.
Səsvermə
üçün qeydiyyatdan çıxma vəsiqəsinin
verilməsi qaydası haqqında
T ə l i
m a t
1. Səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra
– səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası,
sayı, verilmə reyestrinin forması, hazırlanmasına
aid tələblər Mərkəzi Seçki Komisiyası tərəfindən
səsvermə gününə azı 60 gün qalmış təsdiq edilir.
Səsvermə vəsiqələri Seçki Məcəlləsinin 99.2-99.5-ci
maddələrində göstərilən qaydada hazırlanır.
Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından
aşağı seçki komissiyasına Seçki Məcəlləsinin
99.6-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada
təhvil verilir. Səsvermə vəsiqələrin verilməsi
və saxlanması üçün müvafiq seçki komissiyalarının
sədrləri məsuliyyət daşıyırlar.
1.1. Səsvermə vəsiqəsini alan seçici həmin vəsiqə
əsasında səsvermə günü olduğu ərazidəki seçki
məntəqəsində səs verə bilər.
1.2. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən
səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini
aldıqdan sonra səsvermə gününə ən azı 50 gün
qalmış müvafiq dairə seçki komissiyasının sədr
və katiblərinin iştirakı ilə səsvermə üçün qeydiyyatdan
çıxma vəsiqələrinin sayını, verilmə tarixini,
vaxtını göstərməklə akt tərtib edib dairə seçki
komissiyasının sədrinə verir. Həmin akt Mərkəzi
Seçki Komissiyasının möhürü ilə möhürlənir.
1.3. Dairə seçki komissiyası tərəfindən müvafiq
məntəqə seçki komissiyalarına, səsvermə gününə
ən azı 30 gün qalmış məntəqə seçki komissiyasının
sədrinin və katiblərinin iştirakı ilə səsvermə
üçün qeydiyyatdan çıxma vəsiqələrinin sayını
və verilmə tarixini göstərməklə akt tərtib edilməklə
məntəqə seçki komissiyasının sədrinə verilir.
Həmin akt sədr və katiblər tərəfindən imzalanmağla
dairə seçki komissiyasının möhürü ilə möhürlənir.
2. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin
verilməsi və saxlanması üçün dairə və məntəqə
seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.
2.1. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi
müvafiq seçki komissiyası tərəfindən seçicinin
ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında
təsdiq olunmuş vəkalətnamə əsasında onun nümayəndəsinə
verilir. Seçicinin ərizəsində seçki günü həmin
məntəqəyə gələ bilməyəcəyi səbəblərini göstərməlidir.
2.2. Seçicinin ərizəsi daxil olduğu gündən başlayaraq
iki gün müddətində məntəqə seçki komissiyası
dairə seçki komissiyasına müraciət edib, həmin
seçicinin əvvəl səsvermə vəsiqəsinin alıb-almamasını
müəyyənləşdirməlidir. Çünki bir seçiciyə bir
neçə səsvermə vəsiqəsinin verilməsi Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin müddəaları
ilə qadağan olunur.
2.3. Dairə seçki komissiyası səsvermə üçün qeydiyyatdan
çıxma vəsiqələrinin verilməsi haqqında reyestr
tərtib etməlidir. Göstərilən reyestrdə seçicinin
soyadı, adı, atasının adı, doğum tarixi, yaşadığı
yerin ünvanı göstərilməlidir. Dairə seçki komissiyası
səsvermə gününə 25 gün qalmış, seçici siyahıları
ilə birlikdə həmin reyestrdən təsdiq edilmiş
çıxarışları məntəqə seçki komissiyalarına göndərir.
Hər bir məntəqə seçki komissiyası həmin çıxarışlara
əsasən seçicilər siyahısında müvafiq qeydlər
aparmalıdır.
2.4. Əgər seçici və ya onun vəkalətnamə ilə
təsdiq edilmiş nümayəndəsi səsvermə üçün qeydiyyatdan
çıxma vəsiqəsini dairə seçki komissiyasından
alarsa, reyestrdə öz şəxsiyyət vəsiqəsinin,
və ya onu əvəz edən sənədin seriya və nömrəsini
göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin
kəsilən küncü reyestrə əlavə edilir. Dairə seçki
komissiyası tərəfindən seçiciyə verilən səsvermə
üçün qeydiyyatdan çıxma vəsiqəsi həmin dairənin
möhürü ilə təsdiqlənməlidir və onun üzərində
dairə seçki komissiyasının üzvünün imzası olmalıdır.
2.5. Seçici və ya onun vəkalətli nümayəndəsi
səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsini
məntəqə seçki komissiyasından aldıqda, öz şəxsiyyət
vəstiqəsinin və ya onu əvəz edən sənədin seriya
və nömrəsini göstərməklə seçicilər siyahısında
imza atır. Bu halda səsvermə vəsiqəsinin kəsilən
küncü seçicilər siyahısına əlavə edilir.
3. Bunun əsasında seçici, qeydə alınmış seçicilərin
hesablanması zamanı nəzərə alınmır və müvafiq
protokola daxil edilmir. Məntəqə seçki komissiyası
tərəfindən seçiciyə verilən səsvermə üçün qeydiyyatdan
çıxma vəsiqəsi həmin məntəqənin möhürü ilə təsdiq
edilməli və üzərində məntəqə seçki komissiyasının
bir üzvünün imzası olmalıdır.
3.1. Müvafiq məntəqə seçki komissiyası seçicilərə
verilmiş səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri
haqqında məlumatı müvafiq dairə seçki komissiyasına
verir, müvafiq dairə seçki komissiyası öz növbəsində
2 gündən bir həmin məlumatları Mərkəzi Seçki
Komissiyasına çatdırır.