Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
30 iyun 2003-cü il tarixli
5/39 saylı qərarı ilə təsdiq
olunmuşdur.
İmza vərəqələrinin doldurulması qaydaları haqqında
İ Z A H
1. İmza vərəqələri
Azərbaycan Respublikasının Seçki Məcəlləsində
qeyd edilən 2 və 2”A" saylı əlavədə müəyyən
edilmiş formada Mərkəzi Seçki Komissiyası tərəfindən
hazırlanır.
1.1. İmza vərəqələri doldurularkən hər bir imza
vərəqəsinin yuxarı sol tərəfində imzaların toplandığı
seçki dairəsinin (ərazisinin) nömrəsi və adı
göstərilir.
1.2. Hər bir imza vərəqəsində namizədin soyadı,
adı, atasının adı qrafasının altında namizədin
doğum tarixi, əsas iş və ya xidmət yeri və ya
tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü),
yaşayış yerinin ünvanı göstərilməlidir.
1.3. Məcburi köçkünlər prezidentliyə namizəd
üçün imza edərkən, yaşayış yerinin ünvanı qrafasında
faktiki yaşadıqları yerin ünvanını göstərirlər.
İmza vərəqəsinin pasportun və ya onu əvəz edən
sənədin seriyası və nömrəsi qrafasında məcburi
köçkünlərin şəxsiyyətlərini təsdiq edən və ya
onu əvəz edən sənədi yoxdursa, o zaman qaçqınların
və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi
tərəfindən müəyyən edilmiş formada hazırlanmış
köçkün vəsiqəsindən istifadə olunur və qrafada
rayon (şəhər) göstərilməklə köçkün vəsiqəsinin
nömrəsi qeyd olunur.
1.4. Seçicinin şəxsiyyətini təsdiq edən sənəddə
göstərilən yaşadığları yerin ünvanı dəyişibsə,
imza vərəqəsinin yaşayış yerinin ünvanı qrafasında
əvvəl şəxsiyyəti təsdiq edən sənəddə göstərilən
yaşayış yerinin ünvanı, mötərizədə isə dəyişilən
yeni ünvan göstərilməlidir.
2. İmza vərəqəsinin arxa tərəfində imza toplayan
şəxsin imza vərəqəsində göstərilən məlumatlar
ilə yanaşı, onun yaşadığı yerin ünvanı da göstərilməlidir.
2.1. İmza vərəqəsinin sonunda prezidentliyə
namizədin, soyadı, аел, ачацлслс аел, şəxsi
imzası və imzanın qoyulduğu tarix qrafasında,
əgər, pхжйкежсчпкмз саркйзе seçicilərin təşəbbüs
qrupu tərəfindən irəli sürülübsə və ya namizəd
özü namizədliyini irəli sürübsə imza vərəqəsinin
bu qrafası prezidentliyə namizədin özü tərəfindən
imzalanmaqla təsdiqlənir.
2.2. Namizəd siyasi partiya, siyasi partiyaların
bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan
sonra prezidentliyə namizəd qrafasında siyasi
partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndəsi soyadını, adını, atasının adını
və imza qoyulması tarixini göstərməklə imzalayır.
3. Siyasi partiya, siyasi partiyalar bloku və
yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə
irəli sürdükləri namizədin müdafiəsi üçün 45
mindən az olmayan sayda seçici imzaları toplamalıdırlar.
60-dan az olmayan seçki dairəsinin hər birinin
ərazisindən azı 50 imza toplanmalıdır.
3.1. Mərkəzi Seçki Komissiyasına təqdim olunan
imza vərəqələri nömrələnməli və qovluq formasında
səhifələnməlidir.