Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
30 iyun 2003-cü li tarixli
5/38 saylı Qərarı ilə
təsdiq edilmişdir
Dairə seçki komissiyasının üzvlüyünə
namizədlərin irəli
sürülməsi qaydaları haqqında
TƏLİMAT
1.1 Dairə
seçki komissiyaları Mərkəzi Seçki Komissiyası
tərəfindən səsvermə gününə azı 90 gün qalmış
təşkil olunurlar. Dairə seçki komissiyası 9
üzvdən ibarətdir. Dairə seçki komissiyasının
üzləri Mərkəzi Seçki Komissiyası tərəfindən
təyin edilirlər.
1.2 Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi
vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş
deputatları Milli Məclisdə çoxluq təşkil edən
siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında
təmsil edən komissiya üzvləri tərəfindən, 2
üzvünün namizədliyi vahid çoxmandatlı seçki
dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə
azlıq təşkil edən siyasi partiyaları Mərkəzi
Seçki Komissiyasında təmsil edən komissiya üzvləri
tərəfindən, 2 üzvünün namizədliyi birmandatlı
seçki dairələri üzrə seçilmiş deputatları Mərkəzi
Seçki Komissiyasında təmsil edən komissiya üzvrəri,
digər 2 üzvünün namizədliyi isə Milli Məclisdə
təmsil olunmayan və vahid çoxmandatlı seçki
dairəsi üzrə seçkilər zamanı ən çox səs qazanmış
4 siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında
təmsil edən komissiya üzvləri tərəfindən təqdim
edilir.
1.3 Dairə seçki komissiyasının üzvlüyünə namizədləri
Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiyanın
üzvlərinə müvafiq siyasi partiyaların yerli
təşkilatları təqdim edirlər.
2. Birmandatlı seçki dairələri üzvrə seçilmiş
deputatları Mərkəzi Seçki Komissiyasında təmsil
edən komissiya üzvlərinə, dairə seçki komissiyası
üzvlüyünə namizədlər və həlledici üzvlər aşağıdakı
qaydada təqdim olunurlar.
2.1 Hər bir seçki dairəsi üzrə dairə seçki komissiyasına
namizəd irəli sürmək üçün azı 15 nəfərdən ibarət
seçicilərin təşəbbüs qrupu yaradılır. İclasın
sədri və katibi seçildikdən sonra gündəliyə
2 məsələ daxil edilir.
- 1-ci məsələ müvafiq dairə seçki
komissiyasının üzvlüyünə namizəd irəli sürülməsi;
- 2-ci məsələ dairə seçki komissiyasına
əvəzedici üzvün namizədliyinin irəli sürülməsi.
İclasda iştirak edən hər bir seçicinin soyadı,
adı, atasının adı, yaşadığı yerin ünvanı, şəxsiyyətini
və ya onu əvəz edən sənədin seriyası və nömrəsi,
imzası və tarixi iclas
protokolunda göstərilir.
2.2 İclasda müvafiq dairə seçki komissiyasının
üzvlüyünə namizədin və əvəzedici üzvünün namizədliyinin
irəli sürülməsi barədə qərar qəbul edilir. Qəbul
edilmiş qərar və iclasın protokolu iclasın sədri
və katibi tərəfindən imza edilməklə təsdiqlənir.
2.3 Seçicilərin təşəbbüs qrupunu iclasın qərarı
və protokolu, əgər iclas idarə, müəssisə, təşkilatda
keçirilirsə, onların möhüründən istifadə edilməklə,
iclas seçicilərin yaşayış yeri üzrə keçirilirsə,
mənzil istismar sahəsinin və ya bələdiyyənin
möhüründən istifadə edilməklə təsdiqlənir. Qərar
və protokol notarial qaydada da təsdiq oluna
bilər.
2.4 Seçicilərin təşəbbüs qrupu qərar qəbul edildikdən
sonra təsdiqlənmiş qərarı, protokolu və namizədlərin
razılıq ərizəsini müraciətlə birlikdə Azərbaycan
Respublikasının Milli Məclisinə göndərir. Azərbaycan
Respublikasının Milli Məclisində bütün dairələr
üzrə irəli sürülən namizədlər ümumiləşdirilir
və Mərkəzi Seçki Komissiyasına təqdim edilir.
2.5 Seçicilərin təşəbbüs qrupunun üzvləri və
dairə seçki komissiyasının üzvlüyünə namizədlər
bitərəf olmalıdırlar.
2.6 Məntəqə seçki komissiyalarının təşkili zamanı
birmandatlı seçki dairələri üzrə seçilmiş deputatları
dairə seçki komissiyasında təmsil edən komissiya
üzvlərinə seçki məntəqələrinin ərazisindən bu
təlimatın 2.1, 2.2, 2.3, 2.4 və 2.5 maddələrində
göstərilən qaydada namizədlər irəli sürülür.
Lakin məntəqə seçki komissiyalarının təşkili
zamanı seçicilərin təşəbbüs qrupunun üzvlərinin
sayı azı 10 nəfər olmalıdır. Seçicilərin təşəbbüs
qrupu qərar qəbul edildikdən sonra təsdiqlənmiş
qərarı, protokolu və namizədlərin razılıq ərizəsini
müvafiq dairə seçki komissiyasına göndərir.