Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
30 iyun 2003-cü il tarixli
5/37 saylı qərarı ilə təsdiq
olunmuşdur
Azərbaycan Respublikası Prezidentliyə namizədin
müdafiəsi üçün seçici imzalarının toplanması,
təqdim edilməsi, imza vərəqələrinin və digər
seçki sənədlərinin yoxlanılması qaydaları haqqında
T ə l i m a t
Azərbaycan Respublikası
prezidentliyə namizədin müdafiəsi üçün namizədlərin,
səlahiyyətli nümayəndələri tərəfindən seçici
imzalarının toplanması, Mərkəzi Seçki Komissiyasında
imza vərəqələrinin və digər seçki sənədlərinin
yoxlanılması qaydaları Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 56–59-cu və 181-ci maddələri
ilə tənzimlənir.
I. Azərbaycan Respublikası prezidentliyə
namizədin müdafiəsi üçün seçici imzalarının
toplanması
Seçicilərin təşəbbüs
qrupları irəli sürdükləri və ya öz təşəbbüsü
ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi
ilə seçicilərin imzalarının toplanması Mərkəzi
Seçki Komissiyası tərəfindən namizədə, səlahiyyətli
nümayəndələrə Azərbaycan Respublikasının Prezidentliyinə
namizəd irali sürülməsini təsdiq edən qərarın
təqdim edildiyi gündən başlanır. Siyasi partiya,
siyasi partiyaların bloku tərəfindən irəli sürülən
namizədlərin müdafiəsi üçün isə seçicilərin
imzalarının toplanması, irəli sürülmüş namizədin
təsdiq olunması barədə Mərkəzi Seçki Komissiyasının
əsaslandırılmaş qərarından sonra başlanır.
Azərbaycan Respublikasının prezidentliyinə namizədin
müdafiəsi üçün 45 mindən az olmayan sayda seçici
imzası toplanmalıdır. 60-dan az olmayan seçki
dairəsinin hər birinin ərazisindən azı 50 imza
toplanmalıdır.
İmza vərəqələri Azərbaycan Respublikasının Seçki
Məcəlləsində qeyd edilən 2 və 2 “A” saylı əlavədə
müəyyən edilmiş formada Mərkəzi Seçki Komissiyası
tərəfindən hazırlanır.
Hər bir imza vərəqəsində namizədin soyadı, adı,
atasının adı, doğum tarixi, əsasə iş və ya xidmət
yeri və ya tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət
növü), yaşadığı yerin ünvanı göstərilməlidir.
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş
məhkumluğu olduqda imza vərəqələrində onun Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi
ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi,
namizədin xarici ölkədə cinayət məsuliyyəti
yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan
Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan
cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni
qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa,
xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.
İmza vərəqəsində namizədin namizədliyinin irəli
sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi
partiyanın adı qeyd edilə bilər.
İmza vərəqələri namizədə, onların səlahiyyətli
nümayəndələrinə, seçicilərin təşəbbüs qrupuna,
siyasi partiya, siyasi partiyaların blokunun
səlahiyyətli nümayəndələrinə verilərkən onların
bərabər statusu təmin edilməlidir. Buna görə
də verilən imza vərəqələrinin sayı Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə prezidentliyə
namizədin qeydiyyatı üçün zəruri olan seçici
imzalarının ümumi sayının 15 faizindən artıq
olmamalıdır.
Azərbaycan Respublikasının 18 yaşına çatmış
seçki hüququ olan hər bir vətəndaşı seçici imzalarının
toplamaq və prezidentliyə namizədi müdafiə etmək
üçün imza vərəqəsinə imza etmək hüququna malikdir.
Bir seçici yalnız bir namizədin müdafiəsi üçün
ata birər.
Seçici imza vərəqəsində imza edərkən soyadını,
adını, atasının adını, doğum tarixini, yaşayış
yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya
onu əvəz edən sənədin seriyasını və nömrəsini,
verilmə tarixini, imza etdiyi tarixi göstərir.
İmza edən seçicilər barəsində qeyd edilməsi
zəruri hesab olunan məlumatlar imza toplayan
şəxs tərəfindən imza vərəqələrinə daxil edilə
bilər. Göstərilən məlumatlar əllə yazılır və
onların yayılmamasına təminat verilir.
Prezidentliyə namizədi müdəfiə etmək üçün imza
edən seçicinin şəxsiyyətini təsdiq edən sənəd
kimi aşağıdakılar tanınır:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi, keçmiş SSRİ vətəndaşlarının pasportu,
həqiqi hərbi xidmətdə olan əsgər, çavuşun hərbi
bileti, gizir və zabitlarin zabit vəsiqələri,
9 saylı forma.
İmza edən seçicinin doğulduğu il göstarilarkən
nəzətə alinmalıdır ki, 18 yaşlı şəxsin doğulduğu
ay və gün mütləq göstərilmalidir. Bu tələbə
riayət edilmədən toplanan seçici imzaları etibarsız
sayılır və imzaların ümumi sayında hesablanmır.
İmza toplayan şəxs tərəfindən hər bir imza vərəqəsinin
yuxarı sol tərəfində seçici imzalarının toplandığı
seçki dairəsinin (ərazisinin) adı və nömrəsi
göstərilməlidir.
Seçicilərin imzaları tədris müəssisələrində,
yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı
təşviqat aparılmasının qadağan edilmədiyi digər
yerlərdə toplana bilər.
Namizəd, siyasi partiya, siyasi partiyaların
blokunun səlahiyyətli nümayəndəsi imza toplayan
şəxslə imza toplanması barədə müqavilə bağlayarsa,
bu işin haqqı yalnız namizədin, siyasi partiyanın,
siyasi partiyalar blokunun seçki fondu hesabına
ödənilir.
Prezidentliyə namizədin müdafiəsi üçün imza
etmək könüllüdür. Seçicinin hər hansı bir vasitə
ilə (fiziki və ya psixiki zor tətbiq etməklə,
yaxud bu cür zor tətbiq etmək hədəsi ilə zmlakı
tələf etməklə, yaxud həmin əmlakın tələb etmək
hədəsi ilə aldatma və s.) imza tamağa məcbur
etmək qəti qadamındır və bu cür hərəkətlər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə
tutulmuş məsuliyyətə səbəb olur. Eyni zamanda
seçiciyə imza atmağa imkan verməmək və ya buna
görə onları hər hansı formada mükafatlandırmaq
qadağandır. Həmin qadağalara əməl olunmaması
müvafiq məhkəmə tərəfindən təadiqlənərsə, bu,
toplanmış imzaların etibarsız sayılması üçün
əsas ola bilər.
İmza vərəqəsində seçicinin əvəzinə ona aıd olan
məlumatları imza toplayan şəxs seçicinin razılığı
ilə doldura bilər. Lakin imza etmək və tarix
qoymaq hüququ yalnız seçiciyə məxsusdur. İmza
toplayan şəxs hər bir imza vərəqəsində ona aid
olan məlumatları əllə yazmalıdır.
İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan
şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan
şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını,
adını, atasının adını, yaşayış yerinin ünvanını,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin
seriyasını və nömrəsini, verilmə tarixini göstərir.
Namizəd siyasi partiya, siyasi partiyaların
bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan
sonra imza vərəqəsi imzaları toplayan şəxs və
siyasi partiyanın, siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.
İmzaları toplayan şəxs imza vərəqəsində imza
qoymazdan əvvəl soyadını, adını, atasının adını,
yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini,
verilmə tarixini göstərir, müvafiq səlahiyyətli
nümayəndə isə soyadını, adını, atasının adını
və imza qoyulması tarixini göstərir.
Siyasi partiyalar, siyasi partiyaların bloku,
seçicilərin təşəbbüs qrupları eyni şəxsin namizədliyini
irəli sürmələri barədə Mərkəzi Seçki Komissiyasına
yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi
üçün seçicilərin lazım olan sayda imzalarını
birgə toplaya bilərlər. Bu halda müxtəlif şəxslərin
topladığı seçici imzalarının cəmləşdirilməsinə
icazə verilir.
Namizəd irəli sürülmüş seçicilərin təşəbbüs
qruplarının, namizədin özünün, siyasi partiyaların
və siyasi partiyaların blokunun səlahiyyətli
nümayəndələri prezidentliyə namizədin müdafiəsi
üçün toplanmış seçici imzaların sayını hesablamalı,
seçici imzalarının toplanması nəticələri haqqında
yekun protokolu tərtib etməli və imzalamalıdırlar.
Mərkəzi Seçki Komissiyasına təqdim edilən imza
vərəqələri ardıcıl olaraq nömrələnməli və qovluq
formasında səhifələnməlidir.
II. Azərbaycan Respublikası prezidentliyinə
namizədin qeydə alınması üçün seçki sənədlərin
təqdim edilməsi
Namizədlərin qeydə
alınması üçün namizəd və ya siyasi partiyanın,
siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi
səsvermə gününə ən çoxu 105 və ən azı 70 gün
qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına
aşağıdakı seçki sənədlərini təqdim edir:
- prezidentliyə namizədin müdafiəsi üçün toplanmış
seçici imzaları olan imza vərəqələri;
- seçici imzaları toplanmasının yekunu haqqında
Mərkəzi Seçki Komis-siyasının müəyyənləşdirdiyi
formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
- prezidentliyə namizədin razılıq ərizəsində
namizəd haqqında məlumatlarda dəyişikliklər
barədə bildiriş (Seçki Məcəlləsinin 53.3 və
54.8-ci maddələri);
- prezidentliyə namizədin Mərkəzi Seçki Komissiyasının
müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin
təyin edildiyi gündən əvvəlki bir illik dövrü
əhatə edən gəlirlərinin miqdarı və mənbələri
barədə məlumat;
- gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin
illik cəmi barədə arayış;
- Seçki Məcəlləsinə 5 saylı əlavəyə uyğun formada
tərtib edilmiş namizədə məxsus əmlak barədə
məlumat;
- seçici imzaları toplanmasının təşkilində sərf
edilən vəsait haqqında məlumatlar da göstərilməklə,
prezidentliyə namizədin ilkin maliyyə hesabatı.
Namizədin qeydə alınması üçün Mərkəzi Seçki
Komissiyasına seçki sənədləri təqdim edilərkən
eyni zamanda qeydiyyatı həyata keçirən Mərkəzi
Seçki Komissiyasının hesabına prezidentliyə
namizədin seçki fondu məbləğinin yuxarı həddinin
3 faizi məbləğində könüllü qeydiyyat depozitinin
köçürülməsi barədə bank sənədi təqdim edilə
bilər. Qeydiyyat depozitinin seçki komissiyası
tərəfindən geri qaytarılması halları bu Məcəllənin
60.5-ci maddəsi ilə müəyyən edilir.
Mərkəzi Seçki Komissiyası imza cvərəqələrini
Azərbaycan Respublkasının Seçki Məcəlləsində
qeyd edilən müddətdə saat 9.00-dan 18.00-dək
qəbul edir. Seçki Məcəlləsi ilə müəyyən edilən
müddətdən sonra təqdim olunan imza vərəqələri
qəbul edilmir.
Mərkəzi Seçki Komissiyası seçki sənədlərini
qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu
Mərkəzi Seçki Komissiyası Katibliyinin möhürü
ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri
sayının seçici imzaları toplanmasının yekunu
haqqında protokolla uyğunluğunu yoxlayır, sonra
isə onların qəbul edilmə tarixini və vaxtını
qeyd edərək, namizədə və ya siyasi partiyanın,
siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsinə
qəbul edilmiş seçki sənədlərinin, inza vərəqələrinin
sayını, imza vərəqələrindəki imzaların sayını
göstərməklə sənədlərin qəbulu barədə yazılı
arayış verir. Arayış Mərkəzi Seçki Komissiyası
Katibliyinin əməkdaşı tərəfindən və namizəd
və ya siyasi partiyanın, siyasi partiyaların
blokunun səlahiyyətli nümayəndəsi tərəfindən
imzalanır. Arayış Mərkəzi Seçki Komissiyası
Katibliyinin möhürü ilə möhürlənir və bir nüsxəsi
seçki sənədlərini təqdim edən namizədə və ya
səlahiyyətli nümayəndəyə təqdim olunur.
III. Azərbaycan
Respublikası prezidentliyinə namizədi müdafiə
etmək üçün imza vərəqələrində toplanan seçici
imzalarının və digər sənədlərin yoxlanılması
Mərkəzi Seçki Komissiyası
təqdim edilən sənədlərdə hər bir namizədin imza
vərəqələrində olan məlumatların düzgünlüyünü
və namizədlərin irəli sürülməsi prosedurunun
Seçki Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayır.
Eyni zamanda namizədlərin
tərcümeyi-halına aid məlumatların və namizəd
haqqında digər məlumatların düzgünlüyü yoxlanıla
bilər. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş
sənədlərdəki məlumatların və faktların düzgünlüyünü
yoxlamaq məqsədilə müvafiq orqanlara müraciət
edə bilər. Həmin orqanlar müraciətdə göstərilən
müddətdə, lakin səsvermə gününə 75 gündən az
vaxt qalmışsa ən geci 1 gün müddətində yoxlamanın
nəticələri barədə seçki komissiyasına məlumat
verməlidir.
Qəbul edilmiş imza vərəqələrindəki imzaların
qanunvericilikdə müəyyən olunmuş qaydada toplanmasını
yoxlamaq məqsədilə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının həlledic səs hüququna malik
olan üzvləri sırasından və ekspertlərdən ibarət
işçi qrupları yaradılır. Həmin işçi qrupuna
Mərkəzi Seçki Komissiyasının üzvü sədrlik edir.
İmza vərəqələrinin yoxlanılmasına ekspertlər,
müvafiq orqanların mütəxəssisləri sırasından
ekspertlər, habelə əhalinin qeydiyyatını həyata
keçirən xüsusiləşdirilmiş orqab və təşkilatların
mütəxəssisləri cəlb edilir. Onların rəyləri
imza vərəqələrində olan məlumatların düzgün
olmasını təsdiq edən əsas kimi qəbul edilir.
Mərkəzi Seçki Komissiyasında imza vərəqələri
qəbul edildikdən sonra 10 gün müddətində yoxlanılır.
Yoxlama zamanı namizədlər, onların səlahiyyətli
nümayəndələri, siyasi partiyaların, siyasi partiyaların
blokunun səlahiyyətli nümayəndələri iştirak
edə bilərlər.
İmza vərəqələrində olan bütün imzalar yoxlanılır.
İmzaların yoxlanılması o vaxt dayanır ki, düzgün
imzaların sayı namizədlərin qeydə alinmaslna
əsas verir və qalan imzaların sayı namizədin
qeydə alinması üçün kifayət olmur. Yoxlamanın
nəticələrinə görə seçici imzalarının düzgünlüyü
və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir.
İmza vərəqələri yoxlanılarkən eyni adamın bir
neçə imzası aşkar edilərsə, yalnız bir imza
etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.
Eyni zamanda aşağıdakılar qeyri-düzgün imzalar
hesab edilir:
- müvafiq icra hakimiyyəti orqanının arayışı,
yaxud Mərkəzi Seçki Komissiyasının işinə cəlb
edilmiş ekspertin rəyi əsasında seçki hüququ
olmayan və məlumatları qeyri-düzgün göstərən
seçicilərin imzaları;
- namizəd irəli sürülməsi haqqında Mərkəzi Seçki
Komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə
daxil edilmiş seçici imzaları;
- dövlət orqanlarının, bələdiyyə qurumlarının,
mülkiyyət formasından asılı olmayaraq hüquqi
şəxslərin topladıqları, habelə seçiciləri məcbur
etməklə və ya hər hansı formada mükafatlandırmaqla
toplanan seçici imzaları.
- müxtəlif şəxslərin adından bir şəxs tərəfindən
və ya müxtəlif şəxslərin
bir şəxs adından qoyulmuş imzalar.
- əl yazısı ilə qoyulmayan və ya karandaşla
qoyulan imzalar.
- imza vərəqələrində seçici imzalarının qoyulması
tarixində düzəliş
edildikdə, bu imzalar o şərtlə düzgün sayılır
ki, imza vərəqəsini təsdiq
edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar.
- imza vərəqələri imza toplayan şəxsin, habelə
namizədin, siyasi partiyanın, siyasi partiyaların
blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı
qaydasında imzaları ilə təsdiq edilməyibsə və
ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə,
imza vərəqələrində olan bütün imzalar etibarsız
sayılır.
- imza vərəqələrində Seçki Məcəlləsinin tələblərinə
uyğun gəlməyən yazı sırası aşkar edildikdə,
yalnız bu sırada olan imza etibarsız sayılır.
Yuxarıda qeyd
edilənlərə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə,
imzaların düzgünlüyü və ya imzaların sayının
hesablanmasının düzgünlüyü yoxlanılarkən imza
vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən
düzəliş və qeydlər imzaların etibarsız sayılması
üçün əsas götürülə bilməz.
Yoxlama nəticəsində müəyyən edilən etibarsız
imzalar Prezidentliyə namizədin müdafiəsi üçün
toplanmış imzaların ümumi sayının 45 mindən
az olmasına səbəb olduqda həmin Prezidentliyə
namizəd qeydə alınmır.
Hər bir prezidentliyə namizəd üzrə imza vərəqələrinin
yoxlanılması nəticələri haqqında işçi qrupunun
rəhbəri, Mərkəzi Seçki Komissiyasının işçi qrupuna
daxil olan həlledici səs hüquqlu üzvü tərəfindən
protokol tərtib edilir, imzalanır və qərar qəbul
olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim
edilir. Protokolda seçicilərin yoxlanılmış imzaların
sayı, habelə əsası qeyd olunmaqla etibarsız
sayılmış imzaları sayı göstərilir. Protokol
Mərkəzi Seçki Komissiyasının müvafiq qərarına
qoşulur. Protokolun surəti namizədin qeydə alınması
məsələsinə baxan Mərkəzi Seçki Komissiyası iclasının
başlanmasına azı 24 saat qalmış namizədə, siyasi
partiyanın, siyasi partiyaların blokunun səlahiyyətli
nümayəndəsinə verilir. İmzalar yoxlanarkən lazımi
sayda seçici imzalarının olmadığı aşkar edildikdə
namizədə, habelə siyasi partiya, siyasi partiyaların
blokunun səlahiyyətli nümayəndəsinə işçi qrupunun
rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə
yanaşı seçici imzalarının etibarsız sayılmasının
əsaslsrə göstərilməklə müvafiq qovluğun nömrəsi,
müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd
olunun yoxlamanın nəticəsi barədə cədvəlin surati
verilir.