. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

AZƏRBAYCAN RESPUBLIKASI MILLI MƏCLISININ DEPUTATI CƏNAB ILHAM HEYDƏR OĞLU ƏLIYEVIN AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYASININ 85-CI VƏ
89-CU MADDƏLƏRININ TƏLƏBINƏ UYĞUN OLARAQ MILLI MƏCLISIN
DEPUTATI SƏLAHIYYƏTLƏRINƏ XITAM VERILMƏSI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin 2-ci hissəsinə, 89-cu maddəsinin 1-ci hissəsinin 4-cü və 5-ci bəndlərinə, həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq q ə r a r a a l ı r :

Azərbaycan Respublikası Seçki Məcəlləsinın 176.2-ci və 176.3-cü maddələrinə uyğun olaraq cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilsin.

Qərar N 42/349
27 oktyabr 2003-cü il


Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası