2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA
DAXIL OLMUŞ MÜRACİƏTƏ BAXILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 28.2-ci və 112-ci maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il
oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası
Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi
Seçki Komissiyasına daxil olmuş 2627 saylı
müraciətdə “Yeni Müsavat” qəzetinin 30 sentyabr
2003-cü il tarixli 264-cü sayında dərc edilmiş
vətəndaşların şərəf və ləyaqətini təhqir etməklə
insanları vətəndaş itaətsizliyinə təhrik edən
məqalədə göstərilən faktlar araşdırılıb, tədbir
görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının
Baş Prokurorluğuna, Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyinə və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası son zamanlar bəzi kütləvi informasiya
vasitələrində hakimiyyətin zorla ələ keçirilməsinə,
Azərbaycan Respublikasının Konstitusion quruluşunun
zorla dəyişdirilməsinə yönələn yazılardan
ciddi narahat olduğunu bəyan etməklə yanaşı
bununla bağlı müvafiq orqan və təşkilatlara
müraciət edilməsini vacib hesab edir.
Qərar N 38/331
08 oktyabr 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
S.Ç.Qasımova
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Komissiyanın üzvləri
F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
Q.Ə.Orucov
X.H.Əhmədov
A.C.Tağıyev
İ.S.Məmmədov