“AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTININ SEÇKILƏRI ZAMANI
SEÇKI HÜQUQU OLAN VƏTƏNDAŞLARIN ŞƏXSIYYƏTINI
TƏSDIQ EDƏN SƏNƏDLƏR SIYAHISININ TƏSDIQ EDILMƏSI
HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI
SEÇKI KOMISSIYASININ 21 IYUN 2003-CÜ IL TARIXLI
3/17 SAYLI
QƏRARINA ƏLAVƏ EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESRUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Resrublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun
olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü
il tarixli 3/17 saylı Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Prezidentinin seçkiləri
zamanı seçki hüququ olan vətəndaşların şəxsiyyətini
təsdiq edən sənədlər Siyahısı”nın 1-ci bəndinə
“9 N-li forma” sözündən sonra “Müvəqqəti şəxsiyyət
vərəqəsi” (7 N-li forma) sözləri əlavə edilsin.
Qərar N 36/312
03 oktyabr 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov