SEÇKI GÜNÜ
MƏNTƏQƏ SEÇKI KOMISSIYALARININ IŞ QAYDASI
HAQQINDA TƏLIMATIN TƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 25.2.15-ci, 28.2-ci, 98-ci,
104-cü və 106-cı maddələrinə uyğun olaraq
qərara alır:
Seçki günü məntəqə
seçki komissiyalarının iş qaydası haqqında
Təlimat təsdiq edilsin.
Qərar N 32/266
23 sentyabr 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov