. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

PREZIDENTLIYƏ NAMIZƏDLIKLƏRI QEYDƏ ALINMIŞ CƏNAB İSA QƏMBƏR, CƏNAB ETİBAR MƏMMƏDOV VƏ CƏNAB ƏLİ KƏRIMLI, HƏMÇININ MÜSAVAT PARTIYASININ SƏLAHIYYƏTLI NÜMAYƏNDƏSI CƏNAB GÜLAĞA ASLANLI TƏRƏFİNDƏN MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA ÜNVANLANMIŞ MÜRACIƏTLƏRƏ BAXILMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci və 112-ci maddələrinə uyğun olaraq qərara alır:

Prezidentliyə namizədlikləri qeydə alınmış cənab İsa Qəmbər, cənab Etibar Məmmədov və cənab Əli Kərimli, həmçinin Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi cənab Gülağa Aslanlı tərəfindən Mərkəzi Seçki Komissiyasına ünvanlanmış 1415 və 1507 saylı müraciətlər araşdırılıb, tədbir görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.

Qərar N 31/248
18 sentyabr 2003-cü il


Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini S.Ç.Qasımova

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Komissiyanın üzvləri
F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
Q.Ə.Orucov
X.H.Əhmədov
A.C.Tağıyev
İ.S.Məmmədov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası