AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNDƏ NAMİZƏDƏ,
ONUN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİNƏ, SEÇİCİLƏRİN
TƏŞƏBBÜS QRUPLARINA, SİYASİ PARTİYA, SİYASİ
PARTİYALAR BLOKLARININ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİNƏ
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI TƏRƏFİNDƏN İMZA
VƏRƏQƏLƏRININ VERILMƏSI
QAYDALARININ TƏSDIQ EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 54.9-cu maddəsinə uyğun
olaraq q ə r a r a a l ı r :
1. Azərbaycan
Respublikası Prezidentinin seçkilərində namizədə,
onun səlahiyyətli nümayəndələrinə, seçicilərin
təşəbbüs qruplarına, siyasi partiya, siyasi
partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə
Mərkəzi Seçki Komissiyası tərəfindən imza
vərəqələrinin verilməsi Qaydaları təsdiq edilsin.
2. Qərar rəsmi dərc olunsun.
Qərar N 3/16
21 iyun 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov