. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

SEÇKİLƏRİN HAZIRLANMASINA VƏ KEÇİRİLMƏSİNƏ DÖVLƏT BÜDCƏSİNDƏN
AYRILAN MALİYYƏ VƏSAİTLƏRİNİN SEÇKİ KOMİSSİYALARI ARASINDA BÖLÜŞDÜRÜLMƏSİ, GÖSTƏRİLƏN VƏSAİTLƏRDƏN TƏYİNATI ÜZRƏ İSTİFADƏYƏ, NAMİZƏDLƏRİN,
SİYASİ PARTİYALARIN, SİYASİ PARTİYA BLOKLARININ SEÇKİ FONDLARINA
DAXİL OLMUŞ VƏSAİTLƏRDƏN İSTİFADƏYƏ NƏZARƏT EDİLMƏSİNƏ
DAİR TƏLİMATIN QƏBUL EDİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.9-cu maddəsinə uyğun olaraq q ə r a r a a l ı r :

1. Seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə, namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondlarına daxil olmuş vəsaitlərdən istifadəyə nəzarət edilməsinə dair Təlimat qəbul edilsin.
2. Qərar rəsmi dərc olunsun.

Qərar N 3/14
21 iyun 2003-cü il

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası