PREZIDENTLIYƏ
NAMIZƏDLIYI QEYDƏ ALINMIŞ HACIYEV HAFIZ ƏLƏMDAR
OĞLUNUN AZƏRBAYCAN DÖVLƏT TELEVIZIYASI, SPACE
VƏ ANS TELEKANALLARINDA EFIR VAXTINDAN ISTIFADƏ
EDƏRKƏN DIGƏR NAMIZƏDLƏRI TƏKRAR TƏHQIR ETMƏSI
VƏ ONLARA BÖHTAN ATMASI ILƏ ƏLAQƏDAR AZƏRBAYCAN
RESPUBLIKASI SEÇKI MƏCƏLLƏSININ 113.1-CI MADDƏSUINƏ
ƏSASƏN QEYDIYYATININ LƏĞV EDILMƏSI BARƏDƏ
MƏHKƏMƏYƏ MÜRACIƏT EDILMƏSI HAQQINDA.
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun
olaraq qərara alır:
Prezidentliyə
namizədliyi qeydə alınmış Hacıyev Hafiz Ələmdar
oğlunun Azərbaycan Dövlət Televiziyası, Space
və ANS telekanallarında efir vaxtından istifadə
edərkən digər namizədləri təkrar təhqir etməsi
və onlara böhtan atması ilə əlaqədar Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 113.1-ci maddəsuinə
əsasən qeydiyyatının ləğv edilməsi barədə
məhkəməyə müraciət edilməsi məsələsinin müzakirəsi
növbəti iclasların birinədək təxirə salınsın.
Qərar N 29/242
08 sentyabr 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
S.Ç.Qasımova
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Komissiyanın üzvləri
F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
Q.Ə.Orucov
X.H.Əhmədov
A.C.Tağıyev
İ.S.Məmmədov