. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

PREZIDENTLIYƏ NAMIZƏDLIKLƏRI QEYDƏ ALINMIŞ CƏNAB QƏMBƏR ISA YUNIS OĞLUNUN, CƏNAB MƏMMƏDOV ETIBAR SƏLIDAR OĞLUNUN VƏ CƏNAB KƏRIMLI ƏLI ƏMIRHÜSEYN OĞLUNUN DÖVLƏT TELEVIZIYASINDA AYRILMIŞ EFIR VAXTINDAN ISTIFADƏ EDILƏRKƏN PREZIDENTLIYƏ NAMIZƏDLIYI QEYDƏ ALINMIŞ CƏNAB ƏLIYEV HEYDƏR ƏLIRZA OĞLUNUN ŞƏRƏF VƏ LƏYAQƏTINI TƏHQIR EDƏN VƏ LƏKƏLƏYƏN MƏLUMATLAR YAYDIĞINA
GÖRƏ ONLAR HAQQINDA TƏDBIR GÖRÜLMƏSI BARƏDƏ YENI AZƏRBAYCAN
PARTIYASININ MÜRACIƏTINƏ BAXILMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci və 88.7-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Prezidentliyə namizədlikləri qeydə alınmış cənab Qəmbər İsa Yunis oğlu dövlət televiziyasında ayrılmış efir vaxtından 04 sentyabr 2003-cü il tarixdə istifadə edərkən, cənab Məmmədov Etibar Səlidar oğlu və cənab Kərimli Əli Əmirhüseyn oğlu dövlət televiziyasında ayrılmış efir vaxtından 05 sentyabr 2003-cü il tarixdə istifadə edərkən Prezidentliyə namizədliyi qeydə alınmış cənab Əliyev Heydər Əlirza oğlunun şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydıqlarına və gələcəkdə bu cür hallara yol verilməməsi barədə İ.Qəmbərə xəbərdarlıq, E.Məmmədov və Ə.Kərimliyə isə təkrarən xəbərdarlıq edilsin.
2. Ərizədə göstərilən faktlar araşdırılıb tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

Qərar N 29/239
08 sentyabr 2003-cü il

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini S.Ç.Qasımova

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Komissiyanın üzvləri F.M.Cavadov

R.H.İbrahimov

V.F.Kazımova

Q.Ə.Orucov

X.H.Əhmədov

A.C.Tağıyev

İ.S.Məmmədov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası