PREZIDENTLIYƏ
NAMIZƏDLIYI QEYDƏ ALINMIŞ CƏNAB HACIYEV HAFIZ
ƏLƏMDAR
OĞLUNUN PREZIDENTLIYƏ NAMIZƏDLIYI QEYDƏ ALINMIŞ
DIGƏR BƏZI NAMIZƏDLƏRIN
ŞƏRƏF VƏ LƏYAQƏTINI TƏHQIR EDƏN VƏ LƏKƏLƏYƏN
MƏLUMATLAR YAYDIĞINA
GÖRƏ ONUN HAQQINDA TƏDBIR GÖRÜLMƏSI BARƏDƏ
AZƏRBAYCAN XALQ
CƏBHƏSI PARTIYASININ MÜRACIƏTINƏ BAXILMASI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 28.2-ci və 88.7-ci maddələrinə
uyğun olaraq qərara alır:
Prezidentliyə
namizədliyi qeydə alınmış cənab Hacıyev Hafiz
Ələmdar oğlu Prezidentliyə namizədliyi qeydə
alınmış digər bəzi namizədlərin şərəf və ləyaqətini
təhqir edən və ləkələyən məlumatlar yaydığına
görə gələcəkdə bu cür hallara yol verilməməsi
barədə ona təkrarən xəbərdarlıq edilsin.
Qərar N 29/238
08 sentyabr 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
S.Ç.Qasımova
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Komissiyanın üzvləri
F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
Q.Ə.Orucov
X.H.Əhmədov
A.C.Tağıyev
İ.S.Məmmədov