PREZIDENTLIYƏ NAMIZƏDLIYI
QEYDƏ ALINMIŞ CƏNAB HACIYEV HAFIZ ƏLƏMDAR
OĞLUNUN PREZIDENTLIYƏ NAMIZƏDLIYI QEYDƏ ALINMIŞ
DIGƏR BƏZI NAMIZƏDLƏRIN ŞƏRƏF VƏ LƏYAQƏTINI
TƏHQIR EDƏN VƏ LƏKƏLƏYƏN MƏLUMATLAR YAYDIĞINA
GÖRƏ ONUN HAQQINDA TƏDBIR GÖRÜLMƏSI BARƏDƏ
MÜSAVAT PARTIYASININ MÜRACIƏTINƏ BAXILMASI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 28.2-ci və 88.7-ci maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. Prezidentliyə namizədliyi
qeydə alınmış cənab Hacıyev Hafiz Ələmdar
oğlu Prezidentliyə namizədliyi qeydə alınmış
digər bəzi namizədlərin şərəf və ləyaqətini
təhqir edən və ləkələyən məlumatlar yaydığına
görə gələcəkdə bu cür hallara yol verilməməsi
barədə ona xəbərdarlıq edilsin.
2. Ərizədə göstərilən faktlar araşdırılıb
tədbir görülməsi üçün Azərbaycan Respublikasının
Baş Prokurorluğuna göndərilsin.
Qərar N 27/224
02 sentyabr 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
S.Ç.Qasımova
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Komissiyanın üzvləri
F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
Q.Ə.Orucov
Ə.A.Əliyev
X.H.Əhmədov
A.C.Tağıyev
İ.S.Məmmədov
Y.Q.Bağırzadə
A.O.Əliyev