PREZIDENTLIYƏ NAMIZƏDLIKLƏRI
QEYDƏ ALINMIŞ CƏNAB MƏMMƏDOV ETIBAR SƏLIDAR
OĞLUNUN VƏ CƏNAB KƏRIMLI ƏLI ƏMIRHÜSEYN OĞLUNUN
DÖVLƏT TELEVIZIYASINDA AYRILMIŞ EFIR VAXTINDAN
29 AVQUST 2003-CÜ IL TARIXDƏ ISTIFADƏ EDILƏRKƏN
PREZIDENTLIYƏ NAMIZƏDLIYI QEYDƏ ALINMIŞ CƏNAB
ƏLIYEV HEYDƏR ƏLIRZA OĞLUNUN ŞƏRƏF VƏ LƏYAQƏTINI
TƏHQIR EDƏN VƏ LƏKƏLƏYƏN MƏLUMATLAR YAYDIĞINA
GÖRƏ ONLAR HAQQINDA TƏDBIR GÖRÜLMƏSI BARƏDƏ
YENI AZƏRBAYCAN
PARTIYASININ MÜRACIƏTINƏ BAXILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 28.2-ci və 88.7-ci maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. Prezidentliyə namizədlikləri
qeydə alınmış cənab Məmmədov Etibar Səlidar
oğlu və cənab Kərimli Əli Əmirhüseyn oğlu
dövlət televiziyasında ayrılmiş efir vaxtından
29 avqust 2003-cü il tarixdə istifadə edərkən
Prezidentliyə namizədliyi qeydə alınmış cənab
Əliyev Heydər Əlirza oğlunun şərəf və ləyaqətini
təhqir edən və ləkələyən məlumatlar yaydıqlarına
və gələcəkdə bu cür hallara yol verilməməsi
barədə onlara xəbərdarlıq edilsin.
2. Ərizədə göstərilən faktlar araşdırılıb
tədbir görülməsi üçün Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə göndərilsin.
Qərar N 27/221
02 sentyabr 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
S.Ç.Qasımova
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Komissiyanın üzvləri
F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
Q.Ə.Orucov
X.H.Əhmədov
A.C.Tağıyev
İ.S.Məmmədov