. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

2003-CÜ IL OKTYABRIN 15-NƏ TƏYIN EDILMIŞ AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SEÇKILƏRINƏ HAZIRLIQLA ƏLAQƏDAR DAIRƏ SEÇKI
KOMISSIYASI ÜZVLƏRI ÜÇÜN KEÇIRILƏCƏK NÖVBƏTI SEMİNAR
-TREYNINQIN GÜNDƏLIYININ TƏSDIQ EDILMƏSI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq qərara alır :

2003-cü il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar dairə seçki komissiyası üzvləri üçün keçiriləcək Seminar-treyninqin Gündəliyi təsdiq edilsin.

Qərar N 26/205
28 avqust 2003-cü il


Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası