. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

AZƏRBAYCAN RESPUBLIKASININ INZIBATI ƏRAZI VAHIDININ HÜDUDLARI DAXILINDƏ
SEÇKI DAIRƏLƏRININ YARADILMASI SXEMI VƏ ONUN QRAFIK TƏSVIRINI
HAZIRLAMAQ ÜÇÜN KOMISSIYANIN FORMALAŞDIRILMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.6-cı maddəsinə uyğun olaraq qərara alır :

1. Seçki dairələri sərhədlərinin müəyyən edilməsi üzrə mütəxəssislərdən ibarət komissiya yaradılsın. Komissiya aşağıdakı tərkibdə təsdiq edilsin:

Komissiyanın sədri:

Svetlana Qasımova Mərkəzi Seçki Komissiyası sədrinin müavini

Komissiyanın üzvləri:

Akif Dadaşov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Ərazi vahidləri sərhədlərini müəyyənləşdirmə şöbəsinin baş mütəxəssisi Rasim Quliyev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə şöbəsinin müdiri Zemfira Eminova Mərkəzi Seçki Komissiyası Katibliyi Təşkilat şöbəsinin müdiri
Əlibaxış Nəsirov Mərkəzi Seçki Komissiyası Katibliyi Təşkilat şöbəsinin baş məsləhətçisi
Ceyhun Qədimov Bələdiyyələrlə iş və bələdiyyələrə metodiki yardım mərkəzinin baş mütəxəssisi
Arif Kərimov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzinin direktor müavini

2. Seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsfiri Azərbaycan Respublikası Prezidentinin seçkiləri gününə ən azı 115 gün qalmış təsdiq olunmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilsin.

Qərar N – 1/03
14 iyun 2003-cü il

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası