. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

2003-CÜ İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ NAXÇIVAN ŞƏHƏRİNDƏ SEÇİCİLƏRİN TƏŞƏBBÜS QRUPU TƏRƏFİNDƏN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ İLHAM HEYDƏR OĞLU ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin26.3 və 53.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

1. 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Naxçıvan şəhərində seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Prezidentliyinə namizəd kimi təsdiq olunsun.
2. Həşimli Hüseyn Məmməd oğlu və İbrahimov Anar Adil oğlu Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin ümumi məsələlər üzrə səlahiyyətli nümayəndələri kimi, Zeynalov Azər Yadulla oğlu isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınsınlar.

Qərar N 7/48
04 iyul 2003-cü il

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini S.Ç.Qasımova

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Komissiyanın üzvləri     F.M.Cavadov
                                   R.H.İbrahimov
                                   V.F.Kazımova
                                   Q.Ə.Orucov
                                   X.H.Əhmədov
                                   A.C.Tağıyev
                                   İ.S.Məmmədov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası