2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ AZƏRBAYCAN
MİLLİ İSTİQLAL PARTİYASI TƏRƏFINDƏN NAMİZƏDLİYİ
İRƏLİ SÜRÜLMÜŞ ETİBAR SƏLİDAR OĞLU MƏMMƏDOVUN
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTLİYİNƏ
NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI VƏ SƏLAHİYYƏTLİ
NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3 və 54.9-cu maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il
oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası
Prezidentinin seçkilərində Azərbaycan Milli
İstiqlal Partiyası tərəfindən namizədliyi
irəli sürülmüş Etibar Səlidar oğlu Məmmədov
Azərbaycan Respublikası Prezidentliyinə namizəd
kimi təsdiq olunsun.
2. Bayramov Rəşad Aydın oğlu Azərbaycan Milli
İstiqlal Partiyasının ümumi məsələlər üzrə
səlahiyyətli nümayəndəsi, Məmmədov Vaqif Soltan
oğlu isə maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə kimi qeydə alınsınlar.
Qərar N 6/47
02 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov