2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ “BÖYÜK
AZƏRBAYCAN” SEÇİCİLƏRİN
TƏŞƏBBÜS QRUPU TƏRƏFİNDƏN NAMİZƏDLİYİ İRƏLİ
SÜRÜLMÜŞ
MUSAYEV ELŞAD NƏBİ OĞLUNUN AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTLİYİNƏ NAMİZƏDLİYİNİN TƏSDİQ OLUNMAMASI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 53.7-cı maddəsinə uyğun
olaraq q ə r a r a a l ı r :
2003-cü il oktyabrın
15-də keçiriləcək Azərbaycan Respublikası
Prezidentinin seçkilərində “Böyük Azərbaycan”
seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi
irəli sürülmüş Musayev Elşad Nəbi oğlunun
Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi
sənədlər lazımi qaydada rəsmiləşdirmədiyindən
onun Azərbaycan Respublikası Prezidentliyinə
namizədliyi təsdiq olunmasın.
Qərar N 6/46
02 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov