2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ “MİLLİ
BİRLİK” SEÇİCİLƏRİN TƏŞƏBBÜS QRUPU TƏRƏFİNDƏN
NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ HACIYEVA LALƏ-ŞÖVKƏTİN
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTLİYİNƏ NAMİZƏD
KİMİ TƏSDİQ OLUNMASI VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN
QEYDƏ ALINMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3 və 53.6-cı maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il
oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası
Prezidentinin seçkilərində “Milli Birlik”
seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi
irəli sürülmüş Hacıyeva Lalə-Şövkət Azərbaycan
Respublikası Prezidentliyinə namizəd kimi
təsdiq olunsun.
2. Məmmədzadə
Elman Telman oğlu ”Milli Birlik” seçicilərin
təşəbbüs qrupunun ümumi məsələlər üzrə səlahiyyətli
nümayəndəsi kimi, Əsgərov Əbil Şirzad oğlu
isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə
kimi qeydə alınsınlar.
Qərar N 6/45
02 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov