2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ MİLLİ
VƏHDƏT PARTİYASI TƏRƏFINDƏN NAMİZƏDLİYİ İRƏLİ
SÜRÜLMÜŞ ƏLİYEV YUNUS İSAXAN OĞLUNUN AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ
TƏSDİQ OLUNMASI VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN
QEYDƏ ALINMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3.2 və 54.9-cu maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il
oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası
Prezidentinin seçkilərində Milli Vəhdət Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş Əliyev
Yunus İsaxan oğlu Azərbaycan Respublikası
Prezidentliyinə namizəd kimi təsdiq olunsun.
2. Qasımov Telman Abiəli oğlu və Xəlilova
Məlahət Absalam qızı Milli Vəhdət Partiyasının
ümumi məsələlər üzrə səlahiyyətli nümayəndələri
kimi, Qafarova Xalidə Musa qızı isə maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə kimi
qeydə alınsınlar.
Qərar N 5/34
30 iyun 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov