2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ VƏTƏNDAŞ
HƏMRƏYLİYİ PARTİYASI
TƏRƏFINDƏN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ RÜSTƏMXANLI
SABİR XUDU OĞLUNUN AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI
VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3.2-ci və 54.9-cu maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il
oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası
Prezidentinin seçkilərində Vətəndaş Həmrəyliyi
Partiyası tərəfindən namizədliyi irəli sürülmüş
Rüstəmxanlı Sabir Xudu oğlu Azərbaycan Respublikası
Prezidentliyinə namizəd kimi təsdiq olunsun.
2. Əliyev Əlövsət Xudu oğlu Vətəndaş Həmrəyliyi
Partiyasının ümumi məsələlər üzrə səlahiyyətli
nümayəndəsi kimi, Zeynalov Fəzail Əmir oğlu
isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə
kimi qeydə alınsınlar.
Qərar N 5/33
30 iyun 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov