. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARDA DAİMİ YAŞAYAN, YAXUD UZUNMÜDDƏTLİ XARİCİ EZAMİYYƏTDƏ OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ SEÇİCİ SİYAHISINA SALINMASI ÜÇÜN MÜVAFİQ SEÇKİ DAİRƏLƏRİNİN SİYAHILARININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA


AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.2-ci maddəsinə uyğun olaraq q ə r a r a a l ı r :

Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və qeydə alınmış seçicilərin sayı haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən Mərkəzi Seçki Komissiyasına müəyyən edilmiş formada təqdim edilən məlumatlar Bakı şəhərində yaradılmış aşağıda göstərilən seçki dairələrinin seçici siyahılarına daxil edilsinlər:

1. 15 saylı Yasamal birinci seçki dairəsi
2. 16 saylı Yasamal ikinci seçki dairəsi
3. 17 saylı Yasamal üçüncü seçki dairəsi
4. 18 saylı Yasamal-Səbail seçki dairəsi
5. 24 saylı Nizami birinci seçki dairəsi
6. 25 saylı Nizami ikinci seçki dairəsi
7. 29 saylı Səbail seçki dairəsi

Qərar N 5/32
30 iyun 2003-cü il

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası