2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ “XALQ
CƏBHƏSİ” SEÇİCİLƏRİN TƏŞƏBBÜS QRUPU TƏRƏFİNDƏN
NAMİZƏDLİYİ
İRƏLİ SÜRÜLMÜŞ HƏSƏNQULİYEV QÜDRƏT MÜZƏFFƏR
OĞLUNUN AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ
TƏSDİQ OLUNMASI
VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3 və 53.6-cı maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il
oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası
Prezidentinin seçkilərində “Xalq Cəbhəsi”
seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi
irəli sürülmüş Həsənquliyev Qüdrət Müzəffər
oğlu Azərbaycan Respublikası Prezidentliyinə
namizəd kimi təsdiq olunsun.
2. Abışov Vaqif Şirin oğlu ”Xalq Cəbhəsi”
seçicilərin təşəbbüs qrupunun ümumi məsələlər
üzrə səlahiyyətli nümayəndəsi kimi, Məmmədov
Bəxtiyar Qibləli oğlu isə maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınsınlar.
3. “Xalq Cəbhəsi” seçicilərin təşəbbüs qrupuna
emblemlərində dəyişiklik etmək tövsiyyə olunsun.
Qərar N 4/23
27 iyun 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
S.Ç.Qasımova
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Komissiyanın üzvləri F.M.Cavadov
R.H.İbrahimov
V.F.Kazımova
Q.Ə.Orucov
X.H.Əhmədov
A.C.Tağıyev
İ.S.Məmmədov