2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ MÜSAVAT
PARTİYASI TƏRƏFINDƏN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ
QƏMBƏR İSA YUNİS OĞLUNUN AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI
VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3 və 54.9-cu maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il oktyabrın 15-də keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin seçkilərində
Müsavat Partiyası tərəfindən namizədliyi irəli
sürülmüş Qəmbər İsa Yunis oğlu Azərbaycan
Respublikası Prezidentliyinə namizəd kimi
təsdiq olunsun.
2. Aslanlı Gülağa Qulam oğlu Müsavat Partiyasının
ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi
kimi, Mehdiyev Azər Seyfalı oğlu isə maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə kimi
qeydə alınsınlar.
Qərar N 4/22
27 iyun 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov