2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLIKASI
PREZIDENTINİN SEÇKİLƏRİNDƏ AZƏRBAYCAN XALQ CƏBHƏSİ
PARTİYASI TƏRƏFINDƏN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ
KƏRİMLİ ƏLİ ƏMİRHÜSEYN OĞLUNUN AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI
VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3 və 54.9-cu maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il
oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası
Prezidentinin seçkilərində Azərbaycan Xalq
Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli
sürülmüş Kərimli Əli Əmirhüseyn oğlu Azərbaycan
Respublikası Prezidentliyinə namizəd kimi
təsdiq olunsun.
2. Kərimov Həsən Hüseyn oğlu Azərbaycan Xalq
Cəbhəsi Partiyasının ümumi məsələlər üzrə
səlahiyyətli nümayəndəsi kimi, Quliyev Rövşən
Böyükağa oğlu isə maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndə kimi qeydə alınsınlar.
Qərar N 4/21
27 iyun 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov