2003-CÜ
İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLIKASI
PREZIDENTINİN SEÇKİLƏRİNDƏ YENİ AZƏRBAYCAN PARTİYASI
TƏRƏFINDƏN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ HEYDƏR
ƏLİRZA OĞLU ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI
VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI
HAQQINDA
AZƏRBAYCAN
RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R
I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3 və 54.9-cu maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il oktyabrın
15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş Heydər Əlirza oğlu
Əliyev Azərbaycan Respublikası Prezidentliyinə
namizəd kimi təsdiq olunsun.
2. Əhmədov Əli Cavad oğlu, Qurbanlı Mübariz
Qəhrəman oğlu, Muradova Bahar Əvəz qızı Yeni
Azərbaycan Partiyasının ümumi məsələlər üzrə
səlahiyyətli nümayəndələri kimi, Novruzov Siyavuş
Dünyamalı oğlu isə maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə kimi qeydə alınsınlar.
Qərar N 4/20
27 iyun 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov