. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

2003-CÜ İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTI SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA
DAXİL OLMUŞ MÜRACİƏTLƏRƏ BAXILMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq qərara alır:

2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 905, 906 və 919 saylı müraciətlər Mərkəzi Seçki Komissiyasının 08 avqust 2003-cü il tarixli 21/146 saylı Qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırılan sənədlərə əlavə olunmaq üçün göndərilsin.

Qərar N 23/170
14 avqust 2003-cü il

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası