AZADLIQDAN MƏHRUMETMƏ
YERLƏRİNDƏ TƏQSİRLƏNDİRİLƏN
ŞƏXSLƏRİN, MƏHKUMLARIN SƏSVERMƏSİ ÜÇÜN XÜSUSİ
VƏSİQƏ FORMASININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 25.2.23-cü və 28.2-ci maddələrinə
uyğun olaraq q ə r a r a a l ı r :
Azadlıqdan məhrumetmə
yerlərində təqsirləndirilən şəxslərin, məhkumların
səsverməsi üçün xüsusi vəsiqə forması təsdiq
edilsin.
Qərar N 21/145
08 avqust 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov