2003-CÜ İL
OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLIKASI
PREZIDENTI SEÇKİLƏRİNDƏ CƏNAB HEYDƏR ƏLİRZA
OĞLU ƏLİYEVİN PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİN QEYDƏ
ALINMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3.2-ci, 28.2-ci və 60.1-ci
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r
:
2003-cü il oktyabrın
15-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti
seçkilərində cənab Heydər Əlirza oğlu Əliyev
Prezidentliyə Namizəd kimi qeydə alınsın.
Qərar N 16/90
19 iyul 2003-cü il, saat 16.47.
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov