2003-CÜ İL
OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLIKASI
PREZIDENTINİN SEÇKİLƏRİNDƏ “AZƏRBAYCANÇILIQ
NAMİNƏ” SEÇİCİLƏRİN TƏŞƏBBÜS QRUPU TƏRƏFİNDƏN
NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ
İBRAHİMLİ TOĞRUL ƏSƏD OĞLUNUN AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI
VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 26.3-cü, 28.2-ci və 53.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r
:
1. 2003-cü il oktyabrın
15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin
seçkilərində “Azərbaycançılıq naminə” seçicilərin
təşəbbüs qrupu tərəfindən namizədliyi irəli
sürülmüş İbrahimli Toğrul Əsəd oğlu Azərbaycan
Respublikası Prezidentliyinə namizəd kimi təsdiq
olunsun.
2. Kərimov Cavid
Məmməd oğlu Prezidentliyə namizəd T.Ə.İbrahimlinin
ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi
kimi, Xəlilov Sahib Əziz oğlu maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar.
Qərar N 15/86
16 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov