. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

VAHID ÇOXMANDATLI SEÇKI DAIRƏSI ÜZRƏ SEÇILMIŞ DEPUTATLARI
MILLI MƏCLISDƏ ÇOXLUQ TƏŞKIL EDƏN SIYASI PARTIYANI MƏRKƏZI
SEÇKI KOMISSIYASINDA TƏMSIL EDƏN KOMISSIYA ÜZVLƏRI
TƏRƏFINDƏN DAIRƏ SEÇKI KOMISSIYASININ ÜZVLÜYÜNƏ IRƏLI
SÜRÜLMÜŞ NAMİZƏDLƏRİN TƏSDIQ EDILMƏSI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci və 4.2-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.3-cü və 28.2-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

Vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasının üzvlüyünə irəli sürülmüş namizədlərin siyahısı təsdiq edilsin.

Qərar N 13/76
14 iyul 2003-cü il


Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası