. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

2003-CÜ İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİNDƏ VƏHDƏT PARTİYASI TƏRƏFINDƏN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ KƏRİMLİ TAHİR ZAYIDAĞA OĞLUNUN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ EDİLMƏSİ VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.3-cü, 28.2-ci və 54.9-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

1. 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vəhdət Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kərimli Tahir Zayıdağa oğlu Azərbaycan Respublikası Prezidentliyinə namizəd kimi təsdiq edilsin.
2. Həsənov İntiqam İsa oğlu və Manafov Abdul Vahab Abdul Qasım oğlu Vəhdət Partiyasının ümumi məsələlər üzrə səlahiyyətli nümayəndələri kimi, Fərəcov Vidadi Əsgər oğlu maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar.

Qərar N 11/66
12 iyul 2003-cü il

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası